
“Bolck”un proqnozlarına blok qoyuldu
Şirkətin göstəriciləri gözləntiləri doğrultmadı, səhmi ucuzlaşdı
Şirkətin göstəriciləri gözləntiləri doğrultmadı, səhmi ucuzlaşdı
Rəqəmsal Xidmətlər Qanununa nəzarət üçün komissiya yaradılıb
“X”də yeni təhlükə – istifadəçilər süni intellekt tərəfindən verilən cavabları düzgün qəbul edirlər
Haker qrupu məsuliyyəti öz üzərinə götürdü, Mask kiberhücumları təsdiqləyir
“Meta” şirkəti 25 milyon dollar cərimələnib
Keçmiş prezidentinin itkisi ən azı 766 milyon dollardır
1.5 milyard istifadəçi adını pozmağa hazırlayan Maskdan sessasion iddia
İşçilərinin 70 faizini qovan “Twitter” direktoru əmisi oğullarını işə götürüb
Beyker “Twitter”dəki senzura əməliyyatının iştirakçısı olub
Reper iş adamına yarı çinli genetik hibrid dedi
İlon Mask Kennedini misal çəkdi: “Heç vaxt üstüaçıq avtomobillə parad keçirməyəcəyəm”
Respublikaçı konqresmenlər Co Baydenin oğlu ilə bağlı senzurada iştirak edən hər kəsi dinləməkdə qərarlıdır
“İlon Mask keçmiş rəhbərliyin ABŞ prezidentinin Baydenin oğlu barədə yazıları necə senzura etdiyini açıqladı
... Yaxud çəkilməyən filmin müzakirəsi
İstifadəçi məlumatları sızdırılıb
İloan Mask “Twitter”lə bağlı sənədlər paylaşacağına söz verib
Moskvada məhkəmə “Twitter” sosial şəbəkəsini hökumətin qanunsuz hesab etdiyi kontenti pozmadığına görə cərimələyib. Aprelin 28-də çıxarılmış məhkəmə hökmündə deyilir ki, “Twitter” həmin məlumatları pozmadığına görə 3 milyon rubl cərimə ödəməlidir. Söhbət Molotov kokteylinin hazırlanması haqda təlimatdan, Nasist svastikasını təbliğ, Rusiyanı, onun milli himni və bayrağını təhqir etdiyi bildirilən məlumatlardan gedir.
İki gün öncə “Meta Platforms” 4 milyon rubl, “TikTok” sosial şəbəkəsi isə 2 milyon rubl cərimələnmişdi. Onlar Rusiyada qanunsuz hesab edilən LGBT kontentini pozmadıqlarına görə məhkəmə belə bir qərar çıxarıb.
Məhkəməyə “Roskomnadzor” media tənzimləyicisi müraciət edib. Bu qurum Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayandan ölkədə sosial mediaya və azad sözə təzyiqləri gücləndirib.
Aprelin 26-da Moskva yaxınlığında başqa bir məhkəmə “Meta Platforms” şirkətinə göstəriş verib ki, Rusiyada “İnstagram” və “Facebook” sosial şəbəkələrində bəzi postlara çıxışı məhdudlaşdırsın. Həmin postlarda Rusiyada siyasi repressiyanın monitorinqini aparan “OVD-Info”nun məlumatlarına istinad olunur.
Prezident Vladimir Putin sosial media platformalarını və digər texnologiya nəhənglərini ölkənin İnternet qanunlarını pozmaqda ittiham edir. O, xarici şirkətləri Rusiyada ofis açmağa, rusiyalıların şəxsi məlumatlarını bu ölkənin ərazisində saxlamağa vadar etməyə çalışır.
Tənqidçilər isə bu təzyiqin “İnternetin bütövlüyü”nə dəxli olmadığını deyir, hakimiyyəti fərqli düşünənləri boğmaq cəhdində suçlayır.