
İndeks tarixində günlük artım
70 milyard dollarlıq qazanc ilə dünyanın ən zəngini Maska rəqib oldu
70 milyard dollarlıq qazanc ilə dünyanın ən zəngini Maska rəqib oldu
İlon Maskın şirkəti spektrum lisenziyaları əldə etdi
... Mask və süni intellekt hədəflərinə bağlıdır
“Tesla” sərmayəçiləri “robotaksi”nin genişləndirilməsi üçün Maskı təşviq etməyi düşünür
Dünyanın ən varlı adamından NRW-də seçkilər öncəsi AfD-yə dəstək açıqlaması
... Yaxud “Starship” proqramında dönüş nöqtəsi
NASA şirkət ilə 4 milyard dollarlıq müqavilələri imzalayıb
370 mindən çox şəxsi söhbət internetə sızdı
İlon Mask “Apple” və “OpenAI”a qarşı məhkəmə iddiası qaldırdı
14 yaşında işə götürülən Quazi “SpaceX”dən ayrılır
Dünyanın ən varlı adamı ABŞ-da yeni siyasi partiya planlarını kənara qoyur
“OpenAI” beyin çipində “Neuralink”ə alternativ yaradır
Mask “Tesla Dojo” superkompüter projesini dayandırdı
Dünyanın ən zəngin adamı ABŞ-da az sevilən ictimai fiqur seçildi
“Simpsonlar”ın yaradıcısından Tramp və Maskla bağlı yeni proqnozlar
Ukrayna ordusu çökə bilərdi
İlon Maska məxsus sosial media platforması “X” (keçmiş “Twitter”) mart 10-da bütün dünyada dəfələrlə haker hücumuna məruz qalıb. Bu istifadəçiləri qəzəbləndirib.
Bu gün səhər saatlarında ilk hücum baş verdiyi platformanın dəstək qrupları problemi qısa müddətdə həll edib. İkinci çökmə isə daha uzun çəkdi.
İnternet kəsilmələrini izləyən “Downdetector”a 40 mindən çox istifadəçidən şikayət daxil olduğu halda, ikinci problemin də həll olunduğu bildirilir. Lakin “Tom's Guide” texnoloji bloquna görə, platforma artıq üçüncü dəfə haker hcüumu yaşayır.
***
“Newsweek”in məlumatına görə, “Dark Storm Team” adlı haker qrupu hücuma görə məsuliyyəti öz üzərinə götürərək, “Telegram” kanalında yaydığı yazıda “X”ə DDoS hücumu həyata keçirdiklərini və buna görə platformaya girişin kəsildiyini iddia edib.
“DDoS” (Distributed Denial of Service) hücumu veb-saytı və ya sistemi həddən artıq yükləmək və onu əlçatmaz etmək üçün istifadə edilən kiberhücum növüdür.
Məsələni daha konkret desək, bu, bir qrup insanın heç nə sifariş vermədən kafeyə gedib kassada dayanmasına bənzəyir. Bununla da real müştərilərin sifariş verməsinin və ya xidmət almasının qarşısı alınır. Eynilə, DDoS hücumu vebsaytlara və ya serverlərə lazımsız və həddindən artıq sorğular göndərərək sistemi çökdürməyi hədəfləyir.
Bu hücumlar, adətən, botnetlər adlanan zərərli proqram təminatı ilə təhdid edilmiş bir çox müxtəlif kompüter və ya cihazlardan həyata keçirilir. Bu hücum hədəflənmiş sistemin imkanlarını aşaraq qanuni istifadəçilərin xidmətə daxil olmasının qarşısını almaq məqsədi daşıyır.
***
“Cloudflare” proqram təminatı firmasına görə, “DDoS” hücumunun ən bariz əlaməti vebsayt və ya xidmətin qəfil yavaşlaması və ya əlçatmaz olmasıdır.
Texniki ekspertlər “DDoS” hücumları zamanı bəzi xəbərdaredici əlamətlər görə bilərlər. Bunlara tək IP ünvanından və ya IP diapazonundan gələn şübhəli trafik daxildir. Və ya şişirdilmiş trafik eyni cihaz növündən və ya coğrafi yerdən gələ bilər.
Bundan əlavə, müntəzəm fasilələrlə artan trafik (məsələn, hər 10 dəqiqədən bir) “DDoS” hücumunun göstəricisi ola bilər.
***
Mask, davam edən çöküşü izah etmək üçün də hesabını, "X-də böyük bir kiberhücum oldu (Hücum hələ də baş verir)”.
"Bizə hər gün hücum edilir, lakin bu, çoxlu resurs hesabına edilib. Ya böyük, koordinasiyalı qrup və/yaxud ölkə cəlb olunub. Biz monitorinq aparırıq".