Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
22:41 | 10 mart 2025 | Bazar ertəsi
Məqaləyə 550 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Pestisidlər və mikroplastiklər qlobal sağlamlıq riskinə çevrilir
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ-ın səhiyyə naziri Robert Kennedinin seçkilərdən əvvəl verdiyi “yanvarın 20-də Trampa ABŞ-dakı bütün içməli su sistemlərindən flüoridin çıxarılmasını tövsiyə edəcək” sözünün yerinə yetirilib-yetirilmədiyi məlum deyil.
Lakin Yuta, kran suyuna flüor əlavə edilməsini qadağan edən ilk ştat olmağa hazırlaşdığını elan etdi. Respublikaçı Yuta qubernatoru Spenser Koks qanun layihəsini imzalayacağını açıqlayıb.
Koks hazırda əyalətin yarısının suyuna heç bir flüorid əlavə edilmədiyini və iki bölgə ilə təcrübənin davam etdiyi bölgələr arasında əhəmiyyətli bir fərq olmadığını söylədi. Qanunun mayın əvvəlində qüvvəyə minəcəyi gözlənilir.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) bildirir ki, flüor dişləri gücləndirir və çürüklərdən qoruyur.
CDC kran suyuna aşağı səviyyəli flüorun əlavə edilməsini son 100 ilin ən böyük ictimai səhiyyə nailiyyətlərindən biri hesab edir.
Bu siyasət 1950-ci ildə ABŞ-da təsdiqləndikdən sonra diş pastası markaları oxşar addımlar atdı. Bununla belə, əksər amerikalılar hələ də floridini ilk növbədə içməli sudan alırlar.
Həddindən artıq flüor istehlakının da sağlamlıq problemlərinə səbəb olduğunu başa düşən Amerika səlahiyyətliləri 2015-ci ildə içməli suda flüorun miqdarı ilə bağlı tövsiyələrini azaldıblar.
2024-cü ilin avqustunda açıqlanan federal hökumət hesabatı, tövsiyə olunan ftorid miqdarının iki qatının uşaqlarda aşağı IQ-yə səbəb olduğunu göstərib.
Əvvəllər dərc edilmiş tədqiqatların təhlilinə əsaslanan hesabat, ilk dəfə federal bir qurumun “orta inamla” yüksək səviyyədə flüorun təsiri ilə uşaqlarda aşağı intellekt arasında əlaqə olduğunu müəyyən edib.