
“Putinin Avropadakı yeganə ünvanı Haaqa olmalıdır”
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Gənc istifadəçilər üçün qadağalar tətbiq ediləcək
3 moda evi qiymət maxinasiyalarında günahlandırlır
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsü bu dəfə solçulardan gəldi
Ən uzunömürlülər qitənin qərb hissəsində yaşayır
Polşada həyəcan, uçuşlar dayandırıldı
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Ursula von der Leyenin çıxışı Avropa Parlamenti üzvləri tərəfindən birmənalı qarşılanmadı
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Avropa Birliyi (AB) rəqəmsal platformalardan 58,2 milyon avro audit haqqı alacaq. Rəqəmsal Xidmətlər Qanununa (DSA) əsasən çox böyük onlayn platformalar kimi müəyyən edilən bəzi brendlər bu tariflərdən yayınmaq üçün məhkəmələrə müraciət ediblər.
Avropa Komissiyası bazar ertəsi Avropa Parlamentinə və üzv ölkələrə təqdim etdiyi hesabatda ötən il AB-nin ən böyük onlayn platforma provayderlərindən ümumilikdə 58,2 milyon avro audit haqqının yığıldığını açıqlayıb.
AB icra orqanı bildirib ki, ayda 45 milyondan çox istifadəçisi olan ən böyük onlayn platformalardan toplanan ödənişlər işçilərin əmək haqqını, ərizə çərçivəsindəki xərcləri və inzibati xərcləri ödəmək üçün nəzərdə tutulub.
Platformaların ödəyəcəyi ödəniş əvvəlki maliyyə ilində dünya üzrə qazanclarının 0,05 faizi ilə məhdudlaşacaq.
“Meta”, “TikTok” və “Google”, moderasiya haqlarına qarşı beş iddia qaldırıblar.
Şəffaflığı artırmaq və platformaları saxta və qeyri-qanuni məzmuna görə məsuliyyətə cəlb etmək məqsədi daşıyan DSA 2023-cü ilin sonunda qüvvəyə minib, lakin yalnız 2024-cü ilin fevralında bütün onlayn platformalara şamil edilir. Komissiya 2023-cü il üçün “Meta”, “TikTok”, “Linked Amazon”, “Zaland” daxil olmaqla 25-ə yaxın çox böyük onlayn platforma müəyyən edib.
Komissiya keçən il DSA fəaliyyətlərinə rəhbərlik etmək üçün hüquq və siyasi ekspertlər, alimlər, texnologiya ekspertləri, rabitə məmurları, büdcə və auditlərin daxil olduğu 51 nəfərdən ibarət bir qrupu işə götürülüb.
Bazar ertəsi dərc edilən hesabatda, “İşə qəbul prosedurları gözlənildiyindən daha uzun çəkdi və gözləniləndən daha az tam ştatlı müqaviləli işçi ilə tamamlandı”, – deyilir.
Hesabatda həmçinin qeyd olunub ki, 2023-cü ildə toplanan rüsumlar keçən il DSA ilə bağlı bütün Komissiya xərclərini ödəməyib və 514.061 avro kəsirə səbəb olub.
DSA nəzdində komissiyanın başlatdığı araşdırmaların heç biri hələ tamamlanmayıb.