
“Düşünürəm ki, bacararam”
Tramp və Mask barışacaqmı?
Tramp və Mask barışacaqmı?
Milyarder Trampla yaşadığı gərginliklə bağlı təəssüf mesajı yaydı
Milyarder iş adamı Bayden administrasiyası tərəfindən izlənilib
“Demokrat namizədləri dəstəkləsə, ciddi nəticələrlə üzləşəcək”
Vens: “Mask Trampın arxasınca getməklə böyük səhv etdi”
Sanksiyalar – miflər və reallıq, uğur və uğursuzluq
Maskın ailəsi də Trampla söz duelinə reaksiya verib
Mask Trampla yaşanan gərginlikdən sonra yeni partiya yaratmaq ideyasını ortaya atıb
Mask Trampın arxasındakı gücü qiymətləndirə bilmədi
Ağ Evdə fikir ayrılıqları erkən başlayır
Xəsis Tramp da sözünün üstündə durmayıb onun arzusunun qarşısını kəsməyə çalışır
ABŞ prezidenti və milyarder iş adamı bir-birini məhv etməsinin səkkiz əsas yolu var
ABŞ qarışdı – Tramp-Mask döyüşü böyüyür
“Mən olmasaydım, o, seçkini uduzardı”
Tramp: “Hələ mənim haqqımda pis söz deməyib, amma əminəm ki, tezliklə deyəcək”
“Tesla” səhmləri ucuzlaşdı
İlon Mask həyatının böyük ehtimalla təhlükə altında olduğuna inandığını, lakin “taleyin ona gülümsəyəcəyini” deyərək yeni gündəm yaratmağı bacarıb. Bir çox “Twitter” istifadəçisi Maskın necə və kimlər tərəfindən öldürüləcəyi ilə bağlı yüz minlərlə yazı paylaşıb.
“Twitter Spaces”də iki saatlıq sual-cavab tədbirinə qatılan İlon Mask ona verilən suala maraqlı çıxışla cavab verib. Son günlərdə sui-qəsd ehtimalının olduğunu deyən Mask bunu yeni aldığı “Twitter” platformasına bağladı.
İddia Maskın 2020-ci il prezident seçkilərindən əvvəl ABŞ prezidenti komandasının tələbi ilə Co Baydenin oğlu Hanterin haqqında xəbərlərə senzura tətbiq edən sənədləri açıqlamasından sonra ortaya çıxıb.
***
“Twitter”dəki çıxışında ABŞ-ın keçmiş prezidenti Con Kennedinin öldürülməsini xatırladan Mask, “Mən heç vaxt açıq havada üstüaçıq avtomobillə parad keçirməyəcəyəm, icazə verin, belə deyim”, – dedi.
Daha sonra ölüm riski altında olduğunu deyən Mask sözünə belə davam etdi: “Aydındır ki, mənim başıma pis bir şey gəlmək və ya hətta güllələnmə riski olduqca əhəmiyyətlidir... İstəyirsinizsə, kimisə öldürmək o qədər də çətin deyil, ona görə də ümid edirəm ki, onlar” Məni öldürməzlər və tale üzümə gülər... Bu baxımdan müəyyən risklər var”.
***
Mask daha sonra Vaşinqtondan kənarda olan siyasi təbəqənin, o cümlədən Trampın seçki kampaniyasının heyəti və Konqres üzvlərinin müxtəlif reaksiyalarını ətraflı izah etdi.
Mask Hunter Bayden olayındakı məqsədi “hər şeyi aydınlaşdırmaq” olduğunu söylədi. Özünü “azad sözün qoruyucusu” adlandıran Mask, “başqasını həqiqətən incitmədiyiniz müddətcə, istədiyinizi deməyə icazə verilməlidir”, – o deyib.
“Tiwtter”in bir daha siyasi platforma olmayacağını deyən Mask, “Açığı, “Twitter” Demokratik Milli Komitənin bir qolu kimi davranırdı, bu gülünc idi. “Twitter” mühüm bir seçkidə müxalifətin səslərini susdurarsa və öz seçimini təklif edərsə, bu, seçkiyə müdaxilənin tərifidir”, – deyib.