
Milyardlıq layihə puç oldu
Mask “Tesla Dojo” superkompüter projesini dayandırdı
Mask “Tesla Dojo” superkompüter projesini dayandırdı
Dünyanın ən zəngin adamı ABŞ-da az sevilən ictimai fiqur seçildi
“Simpsonlar”ın yaradıcısından Tramp və Maskla bağlı yeni proqnozlar
Ukrayna ordusu çökə bilərdi
ABŞ prezidentindən dünyanın ən varlı adamı haqqında gözlənilməz açıqlama
Tramp, “SpaceX”in müqavilələrini ləğv etdirə bilmədi
Bir dostluğun anatomiyası, bir ayrılığın təhlili və yeni yaranan suallar
Respublikaçıların elektoratını parçalayan “Amerika Partiyası” ABŞ siyasətində nələri dəyişə bilər?
NASA-nın başına İlon Maskın “dava etdiyi” nazir gətirildi
Türkiyə girişi bağladı, AB nəzarət çağırışı etdi
“DOGE”də güc savaşı – iş adam rəsmən gedib, amma kölgəsi hələ də Ağ Evdə dolaşır
Maskın prioriteti “Epstein faylları”nı üzə çıxarmaqdır
Trampla gərginliyi artdıqca Mask şirkətləri dəyər itirir
Trampın İlon Maskın yeni partiyasına reaksiyası
Mask yeni Amerika Partiyasının yaradıldığını elan edir
Yeni partiya yaradırmı?
Respublika partiyasının konqresmenləri “Twitter”in işçilərini Konqresə çağırıb onları dinləməyə söz verdilər. Konqresmenlər “The New York Post”un Hanter Baydenin (Co Baydenin oğlu) noutbuku ilə bağlı xəbərlərlə və onların başına gələnlərlə yaxından maraqlanırlar.
Cümə günü “Twitter”in yeni sahibi İlon Musk və jurnalist Matt Taibbi, 2020-ci il prezident seçkilərinə bir neçə gün qalmış Rusiyanın mümkün haker əməliyyatından qorxaraq “Twitter”in xəbərləri müvəqqəti olaraq necə məhdudlaşdırdığını göstərən bir sıra gizli sənədlərini yayımladı.
Maskın bir neçə gün ərzində bomba açıqlaması siqnalından sonra, Taibbinin uzun tvit seriyası hadisə haqqında yalnız məlum olanları təsdiqlədi.
"Twitter Faylları" deyilən sənədlər o vaxt Co Bayden vəzifədə olmamasına rəğmən, hüquq-mühafizə orqanlarının əməkdaşlarının səlahiyyətlərini aşmasını dəlili idi. Bu da bir çox sağçı analitikləri və siyasətçiləri səfərbər etdi.
Yanvar ayında Respublikaçılar Konqresə nəzarəti ələ keçirdikdə ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinə sədrlik edəcək Ceyms Komer cümə günü axşam “Fox News”a deyib ki, o, məsələni fəal şəkildə izləməyi planlaşdırır.
“Biz hamını “Twitter”də Nümayəndələr Palatasının Nəzarət Komitəsinin qarşısına çıxaracağıq”, – deyə Komer bildirib.
Hanter Baydenin noutbuku ilə bağlı xəbərlərin bloklanmasında iştirak edən iştirak edən istənilən “Twitter” əməkdaşı Konqres qarşısında çıxış etmək və öz hərəkətlərini ABŞ ictimaiyyətinə izah etmək imkanı əldə edəcək.
Taibbinin gecə saatlarında yazdığı silsilə tvitlər, “Twitter”in hüquq, siyasət və kommunikasiya komandasındakı işçilərin “The New York Post” məqaləsini müvəqqəti olaraq silmək qərarını necə müzakirə etdiklərini təfərrüatlandırdı.
Bəzi işçilər bu qərarın şirkətdə respublikaçılara qərəzlilik ittihamlarını arırtacağından qorxurdular. Nəhayət, bu xəbərlər şirkətin ələ keçirilən materialların yayılması siyasətinin bir hissəsi kimi silindi.
Komer, Mask və başqaları iddia edirlər ki, FTB-nin Hanter Baydenin noutbuku ilə bağlı məlumatları silmək üçün “Twitter”ə təzyiq göstərməsi ABŞ Konstitusiyasındakı Birinci Düzəlişin pozdulmasının sübutudur.
Bu iddia Taibbinin “noutbuk insidentində hökumətin iştirakı ilə bağlı heç bir dəlilin olmadığını” yazması ilə alt-üst oldu.
Taibbinin silsilə tvitləri də göstərdi ki, həm Demokratlar, həm də Respublikaçılar dəfələrlə “Twitter”dən zərərli hesab etdikləri materialı silməyi tələb ediblər.