
İndeks tarixində günlük artım
70 milyard dollarlıq qazanc ilə dünyanın ən zəngini Maska rəqib oldu
70 milyard dollarlıq qazanc ilə dünyanın ən zəngini Maska rəqib oldu
İlon Maskın şirkəti spektrum lisenziyaları əldə etdi
... Mask və süni intellekt hədəflərinə bağlıdır
“Tesla” sərmayəçiləri “robotaksi”nin genişləndirilməsi üçün Maskı təşviq etməyi düşünür
Dünyanın ən varlı adamından NRW-də seçkilər öncəsi AfD-yə dəstək açıqlaması
... Yaxud “Starship” proqramında dönüş nöqtəsi
NASA şirkət ilə 4 milyard dollarlıq müqavilələri imzalayıb
370 mindən çox şəxsi söhbət internetə sızdı
İlon Mask “Apple” və “OpenAI”a qarşı məhkəmə iddiası qaldırdı
14 yaşında işə götürülən Quazi “SpaceX”dən ayrılır
Dünyanın ən varlı adamı ABŞ-da yeni siyasi partiya planlarını kənara qoyur
“OpenAI” beyin çipində “Neuralink”ə alternativ yaradır
Mask “Tesla Dojo” superkompüter projesini dayandırdı
Dünyanın ən zəngin adamı ABŞ-da az sevilən ictimai fiqur seçildi
“Simpsonlar”ın yaradıcısından Tramp və Maskla bağlı yeni proqnozlar
Ukrayna ordusu çökə bilərdi
Dünyanın ən zəngin adamı İlon Maskın qalmaqallı “Twitter”i satın almasından bəri sular bir an olsun durulmadı və texnologiya nəhəngi gündəmdən düşmədi. “Twitter”i 44 milyard dollara satın alan Mask ötən ay şirkət işçilərinin təxminən yarısını ixtisar etmişdi. Biznesmen işçilərin işdən çıxarılma qərarını haqlı hesab edərək şirkətin gündə 4 milyon dollar itirdiyini söylədi. “Twitter” idarəedicilərindən birinin iş saatında yatarkən çəkilmiş fotosunun sosial şəbəkələrdə yayılması qalmaqalı alovlandırıb. Lakin Maskın “Twitter”dəki dəyişikliklər bununla bitmədi.
Bazar ertəsi ofisə gedən “Twitter” işçiləri binanın bəzi hissələrinin yataq otağına çevrildiyini görüblər. Otaqlarda çarpayılar, stullar, xalçalar, pərdələr və konfrans otağına monitorlar bərkidilmişdi. Neçə otağın bu şəkildə dizayn edildiyi bilinməsə də, anonim bir “Twitter” əməkdaşı hər mərtəbədə 4-8 yataq otağı olduğunu iddia etdi. “Twitter” rəhbəri Mask isə həmin fotoların izahını verərkən sosial media platformasındakı paylaşımında San-Fransisko Bələdiyyə başçısı demokrat London Bridi günahlandırıb. Maskın sözlərinə görə, Bridi şirkətə hücum etməsi səbəbindən, bəzi işçilər evə gedə bilməyib, yorğun olanlar üçün yataq otaqları hazırlanıb.
Maskın “Twitter”in baş ofisində yataq otaqları açıqlamasından sonra araşdırma başladılıb. San Fransisko şəhərinin rəsmiləri “Twitter” ilə əlaqə saxladıqlarını və binada ətraflı araşdırma aparılacağını açıqlayıblar. Şəhər sözçüsü Patrik Hannan deyib: “Biz əmin olmalıyıq ki, bina təyinatı üzrə istifadə olunsun. Yaşayış yerləri, o cümlədən qısamüddətli istifadə üçün müxtəlif qaydalar var. Bu qaydalar binaların təhlükəsiz istifadəsini təmin edir. Heç kim qanundan üstün deyil”.
“Twitter”in yeni sahibi Maskın son hərəkətlərindən biri mübahisəli satın alma prosesindən sonra şirkətin vəkilini işdən çıxartdı. “Twitter” hüquqşünası Ceyms Beykeri işdən çıxaran Mask qərarını rəsmi “Twitter” hesabında açıqlayıb: “İctimai dialoq üçün vacib olan məlumatların gizlədilməsində mümkün rolu ilə bağlı narahatlıqlara görə bu gün “Twitter”dən göndərildi”.
Mask, işdən çıxarılmadan əvvəl Beykerin mövzu ilə bağlı məlumatlarına baxıldığını deyərək, vəkilin cavablarının “inandırıcı olmadığını” bildirdi. “Twitter”in keçmiş rəhbərliyi tərəfindən işə götürülməzdən əvvəl FTB-nin vəkili olan Beykerin 2020-ci il prezident seçkiləri öncəsi “Twitter”də ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenlə bağlı xəbərləri senzura etdiyi məlum olub.
Və bütün bu işdən çıxarılmaların üzərinə “Business Insider” məlumatları əsl sensasiya oldu. Xəbər portalının məlumatına görə, milyarderin əmisinin oğulları Ceyms və Endryu Mask San-Fransiskoda yerləşən şirkətin heyətinə qoşulublar. Mətbuata danışan mənbələr, Endryu Maskın proqram mühəndisliyi layihələri üzərində işlədiyini, Ceyms Maskın isə Tesla CEO-su ilə layihələrdəki “fiksator tipi” olduğunu söylədi.
Aylarla sövdələşmədən çıxmağa çalışsa da, oktyabr ayında Maskın “Twitter”i satın almasından sonra şirkətin 7500 əməkdaşının təxminən 70 faizi ya işdən çıxarılıb və ya da istefa verib. Buraya Maskın “Twitter”i sahibləndiyi ilk gün işdən çıxarılan bütün yüksək səviyyəli rəhbərlər də daxildir.
Mask “Twitter”ə digər şirkətlərindən işçilərini, o cümlədən “Tesla” və “The Boring Company”dən mühəndisləri gətirib.
“Twitter” rəhbərinin yeni “sərt və radikal” iş rejimini təqdim etməsindən sonra bəzi işçilər indi şirkətin baş ofisində yataq otağına çevrilmiş ofis məkanında yatırlar.
KQED-in məlumatına görə, hazırda San-Fransisko şəhərinin tikinti müfəttişləri vəziyyəti araşdırır. San Fransisko Tikintiyə Nəzarət Departamentinin sözçüsü radio kanalına deyib: “Biz binanın təyinatı üzrə istifadə edildiyinə əmin olmalıyıq”.
“SEIU Local 87” birliyi Maskın onları işlədən Flaqman şirkəti ilə müqaviləsini yeniləmədiyini elan etdikdən sonra “Twitter”in baş qərargahının təmizləyiciləri əvvəlki günlərdə tətilə çıxıblar.