vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 13 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
15:51 | 13 mart 2025 | Cümə axşamı Məqaləyə 20 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünya silkələnib

Tayvanda 5.7, İtaliyada 4,4 gücündə zəlzələ təşviş yaradıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Tayvanın şərq sahilindəki Taytunq əyalətinin sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Mərkəzi Meteorologiya Bürosu (CWA) tərəfindən edilən açıqlamada, episentrinin Taytunq şəhər mərkəzindən 53 kilometr şimal-şərqdə olan zəlzələnin dənizin 12 kilometr dərinliyində qeydə alındığı bildirilib.

5,7 bal gücündə zəlzələ Taytung əyaləti və Hualien əyalətinin şimalındakı yaşayış məntəqələrində hiss edilib.

Zəlzələ nəticəsində tələfat və maddi tələfat barədə hələlik məlumat verilmir.

***

Digər təkanlar İtaliyada qeydə alınıb. İtaliyanın Neapol şəhəri yaxınlığında, vulkanik Kampi Fleqrei bölgəsində bir gecədə baş verən və zəlzələ riski yüksək olan 4,4 bal gücündə təkan yerli əhalinin narahatlığına səbəb olub.

Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) paylaşdığı məlumata görə, yerli vaxtla saat 01.25-də (Bakı vaxtı ilə 05.25) episentrləri Baqnoli və Pozzuoli olan 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Mətbuatda yayılan məlumatlara görə, Neapol kimi ətraf əyalətlərdə də hiss edilən zəlzələ son illərdə Kampi Flegreydə (Fleqrey Tarlaları) qeydə alınan ən güclü təkan olub.

Zəlzələnin davam etdiyi bölgədə yerli əhalinin narahatlığına səbəb olan zəlzələ ilə əlaqədar çox sayda insanın gecəni küçələrdə və insanların toplaşdığı yerlərdə keçirdiyi qeyd edilib.

Zəlzələnin episentri olan Bagnolidə bəzi avtomobillərin üzərinə düşən daşların dağıntılara səbəb olduğu, bəzi evlərdə qapılardan çıxa bilməyən insanların pəncərələrdən qaçdığı bildirilib.

Başda Pozzuoli və Baqnoli olmaqla Neapolun bəzi rayonlarında zəlzələ səbəbiylə ibtidai və orta məktəblərin bir gün dayandırılacağı açıqlanıb.

Yerli hakimiyyət orqanlarının binalara dəyən zərərin qiymətləndirilməsi işini davam etdirdiyi, bəzi kilsə və binalara cüzi ziyan dəydiyi bildirilib.

Kampi Fleqreydəki zəlzələlərdən sonra baş nazirlikdən verilən yazılı açıqlamada, Baş nazir Corca Meloninin bölgədəki şiddətli zəlzələdən sonra baş verənləri yaxından izlədiyi və müşaviri Alfredo Mantovano, Mülki Müdafiə naziri Nello Musumeci və Mülki Müdafiə sədri Fabio Siciliano ilə yaxın təmasda olduğu bildirilib.

Meloni hökuməti yüksək riskli bölgə olan Kampi Flegrey üçün 2023-cü ildə kütləvi evakuasiya üçün fövqəladə vəziyyət planlarını yenilədi.