Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
15:16 | 13 mart 2025 | Cümə axşamı
Məqaləyə 456 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Türkiyə ABŞ-la ziddiyyət təşkil edən Avropa üçün mühüm strateji tərəfdaş ola bilər. ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya qarşı daha yaxın siyasət yürütməsi Avropa ölkələrində narahatlıq yaradır.
Böyük Britaniyada yerləşən “Reuters” xəbər agentliyinin təhlilində qeyd olunur ki, bu vəziyyət “Türkiyəyə Avropa ilə əlaqələrini dərinləşdirmək üçün nadir fürsət yaradır”.
Məqalədə İqtisadi və Xarici Siyasət Araşdırmaları Mərkəzinin (EDAM) direktoru Sinan Ülgen, “İndiyə qədər Türkiyəni xaric etmək lüksü olduğunu düşünən Avropa ölkələri artıq Türkiyəni kənarda saxlaya bilməyəcəklərini başa düşürlər”, – deyib.
Adının açıqlanmasını istəməyən bir avropalı diplomat, prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Ukrayna arasında balanslaşdırıcı bir addım atdığına diqqət çəkərək, “Onun prosesdə iştirak etməsi məntiqlidir”, – deyib.
Ərdoğan dünən Polşanın baş naziri Donald Tusk ilə görüşündən sonra, “Əgər Avropa Birliyi (AB) güc və yüksəklik itkisinin qarşısını almaq, hətta geri qaytarmaq istəyirsə, buna ancaq Türkiyənin tam üzvlüyü ilə nail ola bilər”, – deyib.
Adının açıqlanmasını istəməyən başqa bir avropalı diplomat Türkiyənin Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində rolunun kritik olacağını deyib: “Ərdoğanın maraqları indi bizimlədir, xüsusən Rusiya indi Suriyada söz sahib deyil. Deməli, onların Ukrayna adından gələcək Avropa zəmanətlərində rol oynaması üçün şərait müəyyən mənada idealdır”.
Digər tərəfdən EDAM direktoru Ülgen Ankaranın Moskvaya qarşı sanksiyalar tətbiq etmədiyini xatırladaraq, bu prosesdə Türkiyə-Rusiya münasibətlərinin sınaqdan keçirilə biləcəyini deyib: “Türkiyənin qarşısında duran əsas sual Rusiya ilə münasibətlər məsələsidir. Çünki Avropanın təhlükəsizlik çərçivəsinin mahiyyəti Rusiyanı təhdid kimi görməkdən başlayır”.
Fransanın AFP xəbər agentliyinin təhlilində də bildirilir ki, NATO-nun ikinci ən böyük ordusuna sahib olan Türkiyə Avropanın təhlükəsizliyində “açar rol” oynayacaq.
Türkiyədə müdafiə sektorunda baş verən son nailiyyətlərə diqqət çəkilərkən, İdarə Heyətinin sədri Ərdoğanın kürəkəni Səlcuq Bayraktar olduğu Baykarın istehsal etdiyi pilotsuz təyyarələrin Ukrayna müharibəsində mühüm rol oynadığı xatırladılır.
Məqalədə müstəqil araşdırmaçı Nebahat Tanrıverdi Yaşarın aşağıdakı fikirləri də yer alıb: “ABŞ-ın dəyişən siyasətləri qarşısında AB-nin öz təhlükəsizliyi üçün daha çox məsuliyyəti öz üzərinə götürməyə çalışdığı bu “yeni nizam”da Türkiyə regionda güc balansını yenidən formalaşdırmaq üçün Rusiya ilə münasibətlərini və Ukraynaya verdiyi strateji müdafiə dəstəyini diqqətlə idarə etməyi hədəfləyir”.