vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 13 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
23:10 | 12 mart 2025 | Çərşənbə Məqaləyə 13 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nifrətin bədəli

Terror sponsorunu Bakıya gətirən şüurlu seçim...

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Maraqlı detala fikir verin, bu gün Azərbaycana qənim kəsilən Ruben Vardanyanı azərbaycanlı zərərçəkənlər yox, məhz onun öz soyundan (daha doğrusu, öz qəbiləsindən) olan şəxs ifşa edir. Qarabağda yaşayan erməniəsilli şəxs – Hayrapetyan Kamo Eduardoviç şahid qismində ifadə verərək Vardanyanın paxırlarını bircə-bircə açıb ortaya qoyur.

Əvvəli var

Bu, sıradan bir hadisə deyil. Erməni separatçılığının, erməni terrorçuluğunun başında duran şəxslər öz ermənilərinin əli ilə, ifadəsi ilə vurulur, zərərsizləşdirilir.

Biz bu cür uğurlu taktika ilə bütün erməni terrorçularını və separatçılarını fakt qarşısında qoyub, divara dirəyə bilərik. Beləliklə, erməni terrorizmini bitirmək üçün əlimizə unikal fürsət düşüb.

Həmçinin, bizim sayəmizdə dünya birliyi də indiyə qədər Qərbdə sivil erməni kimi, kübar erməni kimi təqdim edilən Ruben Vardanyanın simasında sadəcə peşəkar maliyyə fırıldaqçısını deyil, həm də terrorizmin ən təhlükəli sponsorlarından birini tanımalıdır.

Vaxtilə Ukrayna separatçılarını maliyyələşdirən Ruben Vardanyan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Xankəndi, Xocavənd, Əsgəran kimi ərazilərində də həm muzdlu silahlı dəstələr formalaşdırıb, həm də hərbi silah-sursat anbarları yaradıb.

Kamo Hayrapetyan bütün bu cinayətkar əməlləri real faktlarla, dəlillərlə sübut edir. Çünki onun özü də R.Vardanyanın Qarabağda yaratdığı muzdlu hərbi dəstələrdən birinin üzvü olub. Ona görə də bu gün Bakı Hərbi Məhkəməsində kimlərinsə ağzından eşitdiklərini yox, birbaşa özünün iştirakçısı olduğu prosesləri, öz gözləri ilə gördüklərini açıqlayır.

Bu isə o deməkdir ki, Vardanyan artıq ədalətli cəzadan heç cürə yaxasını qurtara bilməyəcək. Şahidlərin məhkəmədə səsləndirdikləri şok faktlar Vardanyanın ömrünün qalan hissəsini axıra qədər həbsdə keçirməsi üçün bəs edər.

Və onu bundan sonra heç bir etiraflar, peşmançılıqlar, tövbələr, göz yaşları da xilas edə bilməz. Çünki onun əli Azərbaycan xalqının qanına batıb.

Bunu da vurğulayaq ki, Vardanyan bu yolu öz ağlı, öz qərarı ilə seçib. Onu kimsə bu yola itələməyib, vadar etməyib. O, şər yuvası olan Moskvadan Qarabağa gələrkən hansı yolu seçdiyini yaxşı bilirdi.

Ruben Karlenoviçin Qarabağda silahlı dəstələri yaratmaqda məqsədi Azərbaycan xalqına və dövlətinə qarşı açıq şəkildə mübarizə aparmaq olub. Bəli, burada söhbət hansısa təsadüfi, ötəri qərardan yox, məhz məqsədli, planlı, şüurlu seçimdən gedir.

Və bu gün Ruben Vardanyan bizə qarşı qatı nifrətinin bədəlini yaşayır.

Vardanyanın aqibəti təkcə ayrı-ayrı erməni separatçılarına, terrorçularına yox, əslində bütün erməni xalqına dərs olmalıdır. Çünki terrora meyllilik erməni xalqının bətnindən doğur. Erməni xalqı sivil dövlətçiliyə yox, terrorçuluğa indekslənmiş, odaxlanmış etnosdur...

(ardı var)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)