

Daha üç sənədi evdən çıxmadan əldə edə biləcəksiniz
“Mobil notariat” zəruri olan çoxsaylı məlumatları inteqrasiya edib
Layihə çərçivəsində ilk toplantı keçirilib
MTN-nin qurbanı olan Maqsud Mahmudov nazir Fikrət Məmmədovdan və Ramiz Rzayevdən kömək istəyir
Bu səbəbdən 2967 nəfər müraciət edib
Azərbaycanda ayda 1091 cütlük boşanır - Nazirlikdən şok statistika
Ədliyyə Nazirliyi QHT-yə «Yox!» dedi
Əliməmməd Nuriyev: «Prezident aydın mesaj verir ki, alternativ islah yolları hazırda dövlət üçün də prioritet olmalıdır»
«Maaşlar belə yüksəkdirsə, niyə rüşvət alırlar?»
Vitse-spkier: «Sizin niyə inzibati sözündən xoşunuz gəlmir?»
Komitə sədrindən nazir müavininə etiraz
Prezident İlham Əliyevdən daha bir sərəncam
.. «Edvart Kan», «Haspina», «Ariana», «Nuraairis», «Duam», «Küftəxanım», «Atika», «Ayasofiya», «Fatimeyizəhra»...
Bakıdakı binalarda kommunal ödənişlər artırılmağa başlayıb
Məhkəmə qərarlarını icra edən məmurların zorakılığı ölkə gündəmini dəyişdi
Və ya «gözdən uzaq, könüldən iraq» yerlərin sakinləri
Ədliyyə Nazirliyinin ən faydalı rəqəmsal həllərindən biri də “Elektron məhkəmə” resursu hesab olunurdu.
Ona görə keçmiş zamanda qeyd edirəm ki, artıq Ədliyyə Nazirliyi bu resursun sahibi deyil.
Prezidentin 20 may 2024-cü il tarixli Fərmanı ilə “Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik və istifadə hüquqları Ədliyyə Nazirliyindən Məhkəmə-Hüquq Şurasına ötürülüb.
Zamanında həm Nazirlik tərəfindən, həm Dünya Bankı və digər qurumlar tərəfindən bu resursa böyük invesitisiyalar yatırılıb.
Dünya Bankının Elektron Məhkəmə layihəsi başa çatandan sonra da Nazirlik bu resursu batmağa qoymayıb və daha da təkmilləşdirmişdi. Bu resursda ciddi inteqrasiyalar aparılıb.
Əvvəllər biz də bu resurs haqqında, onun təkmilləşdirilməsi ilə bağlı bir xeyli təkliflər vermişdik, onların çox hissəsi də reallaşmışdı.
Maraqlı tərəflər üçün bu resurs mühüm əhəmiyyət kəsb edir. Bu resursda yetərincə ictimai-faydalı məlumatlar tapmaq olardı.
Dövlət nəzarətinin, ictimai nəzarətin təşkili, şəffaflıq baxımından resurs mühüm əhəmiyyət kəsb edir.
Amma son günlər açıqlanan məlumatlardan görünür ki, indi situasiya pisliyə doğru dəyişib.
Bir neçə gün öncə media nümayəndələrinin “Elektron məhkəmə” sistemində tətbiq edilən məhdudiyyətlə bağlı Məhkəmə Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimova müraciəti yayılıb.
Müraciətdə bu resursda ictimai əhəmiyyət kəsb edən məlumatların yığışdırıldığı və əlçatanlığın məhdudlaşdırıldığı, məhkəmə işləri üzrə tərəflərin adlarının əks olunmadığı, hakimlər haqqında məlumatların əlçatan olmadığı və s. vurğulanıb.
Ümumiyyətlə müşahidə olunur ki, Prezidentin yuxarıda adı çəkilən Fərmanından sonra bu resursdan istifadə ilə bağlı mənfi rəylər xeyli artıb.
Düşünürəm ki, bütün bunlar doğru yanaşma deyil.
Ədliyyə Nazirliyinin balansından çıxarılan anda, qanunvericilikdə heç bir məhdudlaşdırıcı addımların olmadığı bir halda bu dövlət resursundan ictimai-faydalı məlumatların yığışdırılması, əlçatanlıqla bağlı problemlərin yaranması anlaşılmazdır.
Bir yandan hökumət elektron iştirakçılıqla bağlı, rəqəmsal transformasiya ilə bağlı vəziyyəti daha da yaxşılaşdırmağa diqqət yetirir . Xatırlayıram ki, rəqəmsal hökumət quruculuğunda irəliləyiş olsa da, e-iştirakçılıqla bağlı beynəlxalq reytinqlərdə vəziyyətimiz xoşagələn deyil.
İndi də böyük əziyyətlə, xeyli investisiya yatırmaqla formalaşan yetərincə faydalı olan dövlət resursdan maraqlı tərəflərin istifadəsində problemlər yaranır.
Bu vəziyyət jurnalistlərin, vətəndaşların və maraqlı tərəflərin elektron məhkəmə sistemindən səmərəli istifadə etməsinə çətinliklər yaradır.
Resursdan görünür ki, Məhkəmə Hüquq Şurası əvvəllər mövcud olan mobil məhkəmənin də yeni versiyasını hazırlayır. Əlbəttə, bu çox faydalı bir addım olardı.
Ümid edirəm Məhkəmə Hüquq Şurası və Ali Məhkəmə elektron məhkəmə sistemindən maraqlı tərəflərin daha səmərəli və effektiv istifadəsi üçün imkanları genişləndirəcək.