
Göydələnlər elektrik stansiyasına dönəcək
Günəş panelli pəncərələr binaları enerji məsrəfindən azad edəcək
Günəş panelli pəncərələr binaları enerji məsrəfindən azad edəcək
Məcəllə kimlərə şamil olunacaq?
Avstraliya xarici vətəndaşlara iki il müddətinə mülk sahibi olmağı qadağan edir
Köhnə binalardan mənzil alanların sayı artıb
Rusiyadan Bakıya köç çoxalıb
MTK-ların hökmranlığı nə vaxt bitəcək?
MTK sahibi internet operator qarşısında öhdəlik götürür...
Pandemiyanın ABŞ-da daşınmaz əmlak bazarına təsiri
Kim harada nə istəyir onu da tikir və sabahı fikirləşən yoxdur
Ödənilmiş ƏDV-nin 30 faizi geri qaytarılacaq
Sanki binaların qarşısında avtomobillərdən barrikada qurulur
Ev dəllalları müştəriləri necə aldadır?
Kommunal xərcələri necə azaltmaq olar?
Ev alarkən aldanmamaq üçün nələri bilmək vacibdir?
Kimlər kirayə mənzilə sahib ola biləcəklər?
Alıcıların hüquqları pozulur
Elektrik və qazın qiymətinin diferensiallaşdırılmasından sonra yeni binalar və şəhərciklərdə də kommunal ödənişlər artırılır. Hətta kommunal ödənişləri ikiqat qaldırılan şəhərciklər var. Baxmayaraq ki, əksər bina və şəhərciklərdə kommunal xidmətlərə işıq və qaz birbaşa daxil deyil.
«Xəzər TV» məlumat verir ki, yalnız binaların və həyətin işıqlandırması, yaxud da mərkəzi istilik sistemi varsa onda kommunal ödənişlərin qismən artması mümkün sayıla bilər.
Mütəxəssislər isə əsas səbəb kimi bəzi sahibkarların bina tikilib təhvil verilsə də, özlərini əmlak sahibi kimi aparmasında göstərirlər. Binanı tikən şirkət kommunal xidmətləri də öz öhdəliyinə götürür və sakinlərdən istədiyi məbləği tələb edir. Üstəlik, zaman keçidikcə ödənişlər artırılır. Bəzən həmin ödənişin məbləği başqa binada kirayə pulu qədər olur. Halbuki, Mənzil Məcəlləsinə görə, bina təhvil verildikdən 6 ay sonra, binanı tikən şirkət idarəetmədən çəkilməlidir və bu cür xidmətlər 3 formada həyata keçirilə bilər.
Yeni cəmiyyət Ədliyyə Nazirliyində qeydiyaytdan keçirildikdən sonra binanı tikən sahibkar və yaxud idarə edən şirkət avtomotik idarəetmədən uzaqlaşdırılır.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin Mənzil-komunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov bildirib ki, bənzər hallar bəzi sahibkarların bina tikilib təhvil verildikdən sonra özlərini əmlak sahibi kimi aparmasından qaynaqlanır. Əgər vətəndaşlar mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətininin yaradılması üçün kömək və yaxud mariflənmək istəyirlərsə nazirliyin Mənzil-komunal siyasəti şöbəsinin (012) 493 04 86 saylı nömrəsinə müraciət edə bilərlər. Bu günə kimi artıq 40-a yaxın binada belə cəmiyyət yaradılaraq dövlət qeydiyyatından keçirilib.