vaxtlı-vaxtında oxuyun! Cümə, 14 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AMERİKA  
16:12 | 13 mart 2025 | Cümə axşamı Məqaləyə 61 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İslahatlar etirazlar doğurdu

Mileinin iqtisadi siyasəti Cənubi Amerika ölkəsində toqquşmalara səbəb oldu

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Argentinanın paytaxtı Buenos-Ayresdə prezident Xavyer Mileinin iqtisadi siyasətinə, o cümlədən pensiya islahatlarına qarşı çıxan xalq küçələrə çıxıb.

İki gün əvvəl Argentina Konqresi qarşısında prezident Xavyer Mileinin iqtisadi siyasətinə etiraz edən təqaüdçülər və futbol azarkeşləri polislə toqquşub.

Dinc nümayiş kimi başlayan aksiya etirazçıların polisə daş atması nəticəsində zorakılığa çevrilib. Polis təzyiqli su, gözyaşardıcı qaz və güllələrlə cavab verib.

Buenos-Ayresdə həftəlik etiraz aksiyaları Mileinin pensiya islahatlarının inflyasiya ilə ayaqlaşa bilmədiyini söyləyən təqaüdçülər tərəfindən qızışdırılıb. Hökumət iğtişaşlarla əlaqəli olanların futbol stadionlarına girişinə daha sərt məhdudiyyətlər qoyub.