Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
09:57 | 1 sentyabr 2014 | Bazar ertəsi
Məqaləyə 4873 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
«Avropa İttifaqı ölkələrindən olan istehsalçıların Rusiya bazarlarına qayıtması çox çətin olacaq». Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, prezident Vladimir Putin belə bir bəyanatla Rusiyanın Birinci kanalına müsahibəsində çıxış edib.
V.Putin deyib ki, avropalı biznesmenlər öz ölkələrinin siyasətçilərinin Rusiyaya sanksiya tətbiq etmək barədəki qərarından çox məyus olublar: «Bizim yerli istehsalçılar və iş adamları da xaricdən gələn məhsulların yerini hələ tam doldura bilmirlər. Ona görə də biz digər istehsalçılarla işləyirik. Bunlar əsasən Braziliya, Argentina, Çili kimi Latın Amerikası ölkələridir, şərqli tərəfdaşlarımızdır, çinli biznesmenlərdir. Ən qəribəsi də budur ki, avropalılar onlara da müraciət edərək öz məhsullarını Rusiya bazarlarına göndərməməyə çağırırlar. Bu, təkcə qəribə deyil, həm də sadəcə olaraq gülməlidir. Ona görə ki, heç bir biznesmen geniş imkanları olan bazara girməkdən heç vaxt imtina etməz. Onlar Rusiya bazarlarında möhkəmlənib özlərinə yaxşı yer tutandan sonra Avropa Birliyi ölkələrinin iş adamlarının Rusiya bazarına qayıtması, əvvəlki yerini qaytarması çox çətin olacaq».