vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
14:56 | 18 fevral 2025 | Çərşənbə axşamı Məqaləyə 146 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Argentinada kriptovalyuta qalmaqalı

Ölkə başçısı korrupsiyada ittiham olunur

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Argentina prezidenti Xavyer Miley kriptovalyuta qalmaqalında dələduzluqda ittiham olunub. Miley bugünlərdə sosial media hesabında sikkə ilə bağlı bir yazı paylaşaraq kriptovalyutanın kiçik bizneslərə maliyyə təmin edəcəyini açıqlayıb.

Argentina prezidenti kriptovalyutanın linkini paylaşanda valyutanın qiyməti artıb, lakin bir neçə saat sonra Miley öz yazısını siləndə kriptovalyuta ucuzlaşıb və investorlar pullarının böyük hissəsini itiriblər. Mileyin postundan sonra müxalifət deputatları da hərəkətə keçib.

Argentina parlamentinin bəzi müxalifət üzvləri Mileyi vəzifədən uzaqlaşdırmaq üçün lazımi prosedurlara başlayacaqlarını açıqlayıblar.

Müxalifət deputatlarının vəkilləri Mileyi dələduzluqda ittiham edərək Argentina Cinayət Məhkəməsinə şikayət edib. Hadisəni araşdırmaq üçün argentinalı hakim təyin edilib.