

İspaniya bankı “Bitcoin” və Ether ticarətinə icazə verdi
Trampın sərəncamı kriptovalyuta həvəskarlarını məyus etdi
ABŞ prezidenti Tramp Strateji “Bitcoin” Ehtiyatının yaradılması haqqında sərəncam imzalayıb
Cənubi Koreyadakı səhv nəticəsində 15 nəfər yaralanıb
Rəqəmsal pul investorlarının nəzərləri sabahkı Ağ Evin sammitinə dikilib
Şimali Koreya ilə Rusiya arasında yeni hərbi əməkdaşlıq
“Əsir düşsəniz, ailəniz edam olunacaq”
Cənubi və Şimali Koreya arasında humanitar yardım proqramı dayandırılıb
Trampın “strateji kriptovalyuta ehtiyatı” planı ilə bağlı zəifləyir
Şimali Koreya Rusiyaya yenə əsgər göndərib; Peyk görüntüləri ortaya çıxdı
Şimali Koreya uzun fasilədən sonra qapılarını turistlər üçün açıb
“Ordunun mənəvi cəhətdən güclü olmasına üstünlük verilməlidir”
MSMT üzvləri adından bəyanat yayıldı
Rusiya əsgərləri müalicə üçün Şimali Koreyaya göndərilib
Ölkə başçısı korrupsiyada ittiham olunur
Şimali Koreya ABŞ-a xəbərdarlıq etdi
ABŞ Şimali Koreyalı hakerləri tarixdə ən böyük kriptovalyuta oğurluğu törətməkdə ittiham edir.
ABŞ Federal Təhqiqat Bürosu (FTB) Pxenyanı 1,5 milyard dollar dəyərində kriptovalyuta qarətinin arxasında durmaqda günahlandırıb. Ötən həftə Dubayda yerləşən kriptovalyuta birjası Bybit böyük bir kiberhücuma məruz qaldı. Təxminən 1,5 milyard dollar dəyərində Ethereum (ETH) kriptovalyutası oğurlanıb. Şirkətdən verilən açıqlamada quldurların əməliyyat zamanı hakerlərin təhlükəsizlik protokollarından yan keçərək rəqəmsal aktivləri başqa ünvana köçürdüklərini bildirilib.
FTB oğurluqda Şimali Koreyanın dəstəklədiyi haker qrupunu günahlandırıb. “Şimali Koreya Bybit kriptovalyuta birjasından təqribən 1,5 milyard dollar dəyərində rəqəmsal aktivlərin oğurlanmasına görə məsuliyyət daşıyır”, – bəyanatda deyilir.
Açıqlamada oğurluğun arxasında “Lazarus Group” kimi tanınan “TraderTraitor”un olduğu və haker qrupunun oğurluğu sürətlə həyata keçirdiyi deyilir. Hakerlərin oğurlanan kriptovalyutaların bir hissəsinin Bitcoin və digər virtual valyutaya çevrildiyi bildirilib. FTB, oğurlanmış aktivlərin yuyulmasının və rəsmi pula çevrilməsinin gözlənildiyini bildirib.
“Lazarus Group”un 2022-ci ildə Ronin Şəbəkəsindən 620 milyon dollar dəyərində Ethereum və USD Coin oğurlanmasının da arxasında olduğu iddia edilir. Həmin oğurluq hadisəsi ən böyük kriptovalyuta oğurluğu kimi qeydə alınıb. 2024-cü ilin dekabrında ABŞ və Yaponiya Yaponiyada yerləşən DMM Bitcoin-dən 300 milyon dollar dəyərində kriptovalyutanın oğurlanmasına görə qrupu günahkar bilmişdi.
Cənubi Koreya Kəşfiyyat Xidmətinin məlumatına görə, Şimali Koreya son beş ildə təxminən 1,2 milyard dollar dəyərində kriptovalyuta və rəqəmsal aktivləri qarət edib.