
Kim Çen Inın ailə tarixində gizli detal
Şimali Koreya liderinin babası Yaponiyadan qaçaqmalçılığa görə deportasiya edilib?
Şimali Koreya liderinin babası Yaponiyadan qaçaqmalçılığa görə deportasiya edilib?
Naməlum şimali koreyalı saxlanılıb
Minlərlə Şimali Koreyalı şirkətlərə sızıb, ABŞ tədbir görür
Pxenyan dəstəyi üç dəfə artırdı
Tətil kompleksinin açılışını ruslar edəcək
Kim Çen In göz yaşlarını saxlaya bilmədi
ABŞ-da “kompüter fermaları” quran fırıldaqçılar pulları Pxenyanın nəzarət etdiyi hesablara köçürüb
ABŞ Şimali Koreyanın nüvə silahlarını da hədəfə ala bilərmi?
ABŞ-ın İrana zərbə endirməsi Şimali Koreyanın nüvə siyasətinə necə təsir edəcək?
Rusiyanın yay planı kəşfiyyat hesabatlarında
Kim Çen Inın həyat yoldaşı lüks aksesuarı ilə görüntülənib
Şimala dəniz yolu ilə düyü və İncil göndərmək istəyiblər
Şimali Koreyada nəhəng silah bazası tikilir
Şimali Koreya lideri müasir döyüş raketlərinin istehsalını artırmağa çağırıb
ABŞ-da qanunsuz yaşayan çinli qaçaqmalçılıq yolu ilə sursat və texnika apardığını etiraf edib
Dünyanın ən uzun qatar səyahəti yenidən başlayır
Cənubi Koreya hərbçiləri bildiriblər ki, Şimali Koreya yeni nümayiş etdirilən döyüş gəmisi üzərində işləmək üçün Rusiyadan kömək almış ola bilər. Bəzi analitiklərin dediyinə görə, Şimali Koreya qısa mənzilli taktiki nüvə raketləri ilə təchiz oluna bilən “Choe Hyon” adlı 5 min tonluq esmines sinfinə aid gəmini ötən şənbə nümayiş etdirib.
Cənubi Koreya Birləşmiş Qərargahının sözçüsü Li Sonq Jun jurnalistlərə bildirib ki, Rusiya hərbi gəminin inşasına kömək təklif etmiş ola bilər.
“The Moscow Times”ın məlumatına görə, Li bu, “Müəyyən edilmiş silah və texnikaya baxaraq, onların Rusiyadan texnologiya, maliyyə və ya yardım alma ehtimalı var. Biz daha ətraflı təhlillər aparırıq”, – deyib.
***
Pxenyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinə görə, Şimali Koreya lideri Kim Çen In bu həftə gəminin iki günlük silah sınağının ilk gününə nəzarət edib və bu müddət ərzində rəsmilərə “dəniz donanmasının nüvə silahlanmasının sürətləndirilməsi” üzərində işləməyi tapşırıb.
Pxenyan bildirib ki, “ən güclü silahlarla” təchiz olunduğunu iddia etdiyi esmines gələn ilin əvvəlində fəaliyyətə başlayacaq.
Kim sınaq zamanı bildirib ki, Şimalın gəmiyə əsaslanan atəş gücü sistemi səsdən sürətli qanadlı raketlər, strateji qanadlı raketlər və taktiki ballistik raketlər də daxil olmaqla, ən güclü hücum vasitələri ilə effektiv şəkildə birləşdirilib.
Cənubi Koreya Birləşmiş Qərargahının sözçüsü Li, gəminin yerləşdirilməsinin daha çox vaxt tələb edəcəyini söylədi: “Döyüş gəmilərinə gəldikdə, onların inşası bir neçə il çəkir və hətta tamamlandıqdan sonra istismara verilməsi üçün əlavə vaxt lazımdır”.
***
Bu həftənin əvvəlində Şimali Koreya ilk dəfə olaraq Rusiyaya qoşun göndərdiyini təsdiqlədi, dövlət xəbər agentliyi KCNA Pxenyan əsgərlərinin Kursk bölgəsindəki əraziləri geri almaq üçün döyüş əməliyyatlarında iştirak etdiyini bildirdi.
Təsdiq Cənubi Koreya və Qərb kəşfiyyat agentliklərinin Pxenyanın keçən il Kurskda Rusiyaya yardım etmək üçün 10 mindən çox hərbçi göndərdiyinə dair aylarla hesabatlarından sonra gəlib.
Rusiya və Şimali Koreya da ilk avtomobil körpüsünün inşasını elan edərək, layihəni iki ölkə arasında əlaqələrin dərinləşməsinin simvolu kimi təqdim ediblər.