 
                                Qitələrarası nümayiş
Şimali Koreya motoru işə saldı
 13:22 | 14 aprel 2025 | Bazar ertəsi
                Məqaləyə 145 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                13:22 | 14 aprel 2025 | Bazar ertəsi
                Məqaləyə 145 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                Şimali Koreya motoru işə saldı
 
                                Modern silahlar ilk dəfə təqdim edildi
 
                                zirehli qatarla ...
 
                                Ukrayna müharibəsində ölən Şimali Koreya əsgərlərinin sayı açıqlandı
 
                                Kim Çen In Putinə qoşularaq Çinə gedir
 
                                Şimali Koreyada saxta “Starbucks” və İKEA meydana gəlib
 
                                ABŞ və Şimali Koreya razılığa gəlib
 
                                Şimali Koreya sərhədində insident: “Əsgərlərimizə atəş açıldı”
 
                                Şimali Koreyanın sirr kimi saxladığı hərbi baza
 
                                Kim Çen In Rusiyada döyüşən əsgərlərlə görüşdü
 
                                Şimali Koreyalı keçmiş əsgərin son arzusu
 
                                Şimali Koreyalı hakerlərin məlumatları sızdırıldı
 
                                Rusiya Prezidenti Tramp ilə keçirəcəyi zirvə barədə məlumat verdi
 
                                Şimali Koreyalı işçilərdən Rusiya etirafı
 
                                Şimali Koreyadan illər sonra ilk sülh addımı
 
                                Daha bir Şimali Koreyalı cənuba keçdi
Yeni peyk görüntüləri Şimali Koreyanın indiyə qədərki ən böyük döyüş gəmisinin ölçüsünü ortaya qoyur. Rusiyanın gəmiyə raket texnologiyası göstərdiyi təxmin edilir. Gəminin Şimali Koreya lideri Kim Çen Inın dəniz donanmasındakı istənilən texnikadan iki dəfə böyük olduğu təxmin edilir.
Müstəqil peyk istifadəçiləri “Maxar Technologies” və “Planet Labs” tərəfindən aprelin 6-da çəkilmiş şəkillərdə gəmi Şimali Koreyanın qərb sahilində, paytaxt Pxenyandan təxminən 60 kilometr cənub-qərbdə yerləşən Nampo tərsanəsində tikilməkdədir.
“Analitiklərin fikrincə, təsvirlər gəminin silahlarının və digər daxili sistemlərinin, quruda və dənizdə hədəflərə qarşı istifadə etmək üçün raketləri şaquli buraxılış borularında daşımaq üçün nəzərdə tutulmuş idarə olunan raket freqatının (FFG) davam edən tikintisini göstərir”, – “CNN International” xəbər verir.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Cosef Bermudez və Cennifer Jun tərəfindən edilən bir analiz qeyd edilib ki, "FFG təxminən 140 metr uzunluğundadır və bu, onu Şimali Koreyada indiyə qədər istehsal edilmiş ən böyük döyüş gəmisi halına gətirir”.
Müqayisə üçün qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin “Arleigh Burke” sinifli esmineslərinin uzunluğu təxminən 153 metr, tikilməkdə olan “Constellation” sinifli freqatların uzunluğu isə 151 metr olacaq.