

İspaniya bankı “Bitcoin” və Ether ticarətinə icazə verdi
Trampın sərəncamı kriptovalyuta həvəskarlarını məyus etdi
Rəqəmsal pul investorlarının nəzərləri sabahkı Ağ Evin sammitinə dikilib
Trampın “strateji kriptovalyuta ehtiyatı” planı ilə bağlı zəifləyir
FTB Şimali Koreyanı tarixin ən böyük virtual valyuta qarətinə görə məsuliyyət daşımaqda ittiham edir
Ölkə başçısı korrupsiyada ittiham olunur
“World Liberty Financial” şirkəti yaxın vaxtlarda “$WLFI” adıyla ictimaiyyətə tanıdılacaq
Qlobal kriptovalyutanın dəyəri Tramp-Harris qarşılaşmasından sonra aşağı düşüb
İlon Mask 258 milyard dollarlıq kriptovalyuta məhkəməsini qazandı
“DeFiant Ones” respublikaçı namizədin “kripto prezidenti” olmaq üçün son layihəsidir
Kriptovalyuta birjasının qurucusu qandalandı
“CoinDesk” portalı böyük bir şəbəkəni çokdürdü
“Bitcoin” yüksəlişdə
“Goldman Sachs”ın təxirəsalması “Bitcoin” və “Ethereum”u çox pis vurdu
Kriptovalyutaların qiymətində ciddi ucuzlaşma var
ABŞ Prezidenti Donald Tramp Strateji “Bitcoin” Ehtiyatının və ABŞ Rəqəmsal Aktiv Səhminin yaradılması haqqında sərəncam imzalayıb. Ağ Evin süni intellekt və kriptovalyuta rəsmisi David Saks, “X” sosial media hesabındakı paylaşımında Trampın Strateji “Bitcoin” Ehtiyatı və Rəqəmsal Aktiv Səhmləri yaratmaq vədini yerinə yetirdiyini bildirib.
ABŞ prezidenti Trampın Strateji “Bitcoin” Ehtiyatının yaradılması ilə bağlı fərmanı imzaladığını bildirən Saks, “Bu fərman Prezident Trampın ABŞ-ı “dünyanın kriptovalyuta paytaxtı” etmək əzmini nümayiş etdirir”, – dedi.
Saks, sözügedən ehtiyatın federal hökumət tərəfindən saxlanılan və müsadirə edilən bitkoinlərlə yaradılacağını və bunun vergi ödəyicilərinə heç bir əlavə xərc çəkməyəcəyini ifadə etdi.
ABŞ hökumətinin təxminən 200 min bitkoininin olduğunun təxmin edildiyini vurğulayan Saks, bununla belə, bu günə qədər hərtərəfli bir yoxlama aparılmadığını və fərmanın federal hökumətin rəqəmsal aktivlərinin tam uçotunun da nəzərdə tutulduğunu qeyd etdi.
Saks, ABŞ-ın ehtiyata saxlanılan “Bitcoin”ləri satmayacağını bildirərək, “Bitcoin-in erkən satışı artıq ABŞ vergi ödəyicilərinə 17 milyard dollardan çox zərər vurdu. İndi federal hökumətin aktivlərinin dəyərini maksimuma çatdırmaq üçün strategiyası olacaq” dedi.
Saks həmçinin qeyd edib ki, Xəzinədarlıq və Ticarət katiblərinə əlavə vergi yükü yaratmadan daha çox “Bitcoin” əldə etmək üçün büdcədən asılı olmayan strategiyalar hazırlamaq səlahiyyəti verilib.
Fərmanla “Bitcoin”dən başqa rəqəmsal aktivlərdən ibarət rəqəmsal aktiv fondunun da yaradıldığını vurğulayan Saks, hökumətin bu səhm üçün yalnız müsadirə əməliyyatları ilə əldə edilən aktivlərdən istifadə edəcəyini və əlavə aktiv alışı etməyəcəyini ifadə etdi.