Bitcoin yenidən 111 min dollar həddini keçdi
Kriptovalyuta səhmləri bahalaşdı
09:57 | 25 mart 2025 | Çərşənbə axşamı
Məqaləyə 255 dəfə baxılıb
Şriftin ölçüsü
Kriptovalyuta səhmləri bahalaşdı
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
14 milyard dollarlıq “Bitcoin” ələ keçirildi
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
Kripto bazarı son günlər itirdiklərini qaytarır
Satış təzyiqi artır, bütün diqqət ABŞ göstəricilərində
Kripto birjası “Bullish” üçün “Wall Street” analizləri başladı
“Bitcoin” fondlarına maraq davam edir
Kriptovalyuta bazarında həftənin xülasəsi
Kriptovalyuta sentyabrda düzəliş mərhələsini geridə qoya biləcəkmi?
Nəhəng artımlardan sonra 107 min dollar civarında 2 aylıq dib
Kripto bazarları FED qərarı öncəsi aya narahat başladı
Rəqəmsal valyutada həftəlik icmal
Əsas dəstək zonası müdafiə oluna biləcəkmi?
“BitMEX”in həmtəsisçisi Artur Hayesin fikrincə, “Bitcoin” 76 500 dollara qədər geri çəkilməzdən əvvəl 110 min dollara qədər yüksələ bilər. Hayes potensial artımı ABŞ Federal Ehtiyat Sisteminin (FED) monetar sərtləşdirmədən kəmiyyət yumşalmasına keçəcəyi ilə bağlı gözləntilərlə əlaqələndirir.
Bu dəyişikliyin maliyyə bazarlarına likvidlik təmin edəcəyini ifadə edən Hayes, “X” platformasında etdiyi paylaşımda, “”Bitcoin” yenidən 76.500 dolları sınaqdan keçirməzdən əvvəl 110.000 dollara çatacaq. FED, istiqrazlar üçün monetar sərtləşdirmədən monetar genişlənməyə keçir”, – deyib.
“Bitcoin” martın 23-də 86.000 dolların üzərində bağlandı və ertəsi gün 88.000 dolları keçdi. Hazırda 3,71 faiz artımla 87 480 dollara satılır. Daha geniş kriptovalyuta bazarında “Ethereum” 4,05 faiz artaraq 2093 dollara çatıb. “XRP” 3 faiz, “Dogecoin” isə 3,8 faiz bahalaşıb.
“Bitkoin”in bazar dəyəri 1,727 trilyon dollara yüksəlib, 24 saatlıq ticarət həcmi isə 93 faiz artaraq 18,2 milyard dollar olub. “Stablecoin” köçürmələri 57,58 milyard dollara çatıb ki, bu da ümumi kriptovalyuta əməliyyatlarının 94,74 faizini təşkil edib.
Bununla belə, bəzi analitiklər ehtiyatlı yanaşır və monetar sərtləşdirmənin hələ də davam etdiyini, lakin daha yavaş tempdə olduğunu vurğulayırlar.