Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:16 | 25 mart 2025 | Çərşənbə axşamı
Məqaləyə 440 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-da yerləşən genetik test şirkəti “23andMe” maliyyə problemlərindən sonra iflas elan edib. Cənubi San Fransiskoda yerləşən biotexnoloji firma genetik test xidmətləri ilə tanınan aparıcı şirkətlərdən biri kimi məşhur idi. Bununla belə, 2021-ci ildə 6 milyard dollara çatan şirkətin bazar dəyərinin 2024-cü ilə qədər bu dəyərin yalnız 2 faizinə düşdüyü bildirildi. 2006-cı ildə qurulan “23andMe” tüpürcək nümunələrindən birbaşa istehlakçılara genetik test təklif edən ilk şirkətlərdən birinin böyük yüksəlişdən ölümcül iflasa uğraması diqqət çəkdi. 2008-ci ildə şirkət “Time” jurnalı tərəfindən “İlin ixtirası” seçilən məhsulu ilə istehlakçılara ailə tarixi və sağlamlıq riskləri haqqında məlumat verirdi.
Bununla belə, şirkətin ABŞ Qida və Dərman İdarəsi (FDA) ilə uzun müddətdir davam edən problemləri var. 2015-ci ildən etibarən genetik sağlamlıq testləri FDA-nın təsdiqi ilə ABŞ bazarına yenidən daxil olmuşdu.
2023-cü ildə baş verdi böyük məlumat sızmasında təxminən 7 milyon müştərinin məlumatının ifşa olunduğu bildirildi. Bu hadisə istehlakçıların genetik məlumatlarının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırdı və şirkətin səhmlərinin qiymətində ciddi enişlər başladı.
2021-ci ildə xüsusi təyinatlı satın alma şirkəti (SPAC) ilə birləşmə yolu ilə birjaya çıxan 23andMe tez bir zamanda 6 milyard dollarlıq bazar dəyərinə çatdı. Lakin 2024-cü ilə qədər bu dəyər cəmi 120 milyon dollara düşüb.
2025-ci ilin mart ayında “23andMe” iflas olunması barədə müraciət edəndən sonra şirkətin icraçı direktoru Enn Vociçki tutduğu vəzifədən istefa verdi. İddia olunur ki, Vociçki şirkəti yenidən əldə etmək üçün cəhdlər edə bilər.