ABŞ Ukraynaya 1500 aviabomba satdı
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
08:47 | 25 mart 2025 | Çərşənbə axşamı
Məqaləyə 362 dəfə baxılıb
Şriftin ölçüsü
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
ABŞ ordusunun Yəməndə husilərə qarşı hücumları üçün döyüş planlarının milli təhlükəsizlik rəsmisi tərəfindən səhvən “Atlantic” jurnalının redaktoru Ceffri Qoldberqə göndərildiyi üzə çıxıb.
ABŞ-ın Yəmənlə bağlı müharibə planlarının səhvən jurnalistə göndərilməsi ABŞ ictimaiyyəti arasında mübahisələrə səbəb olub.
Müharibə planlarının göndərildiyi “Atlantic” jurnalının redaktoru Qoldberqin açıqladığı vəziyyəti Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz da təsdiqləyib.
Cefri Qoldberq də jurnalın saytında öz məqaləsindəki mesajların görüntülərini paylaşıb. Paylaşılan görüntülərdə ABŞ-ın vitse-prezidenti Ceyms Vensin adından istifadə edilən hesabla ABŞ Müdafiə Naziri Pit Heqset adı ilə istifadə edilən hesab arasında söhbətlər görülüb.
Qoldberq “Tramp administrasiyası səhvən mənə müharibə planlarını mesajla göndərdi” başlıqlı məqaləsində əvvəlcə milli təhlükəsizlik rəsmilərinin daxil olduğu siqnal qrupuna əlavə olunduğunu, sonra isə müdafiə naziri Pit Heqsətdən Yəmənə hücumlarla bağlı təfərrüatların yer aldığı mətn mesajı aldığını açıqlayıb.
“ABŞ milli təhlükəsizlik rəsmiləri məni Yəməndə gözlənilən hərbi zərbələrlə bağlı qrup söhbətinə daxil etdilər. Əvvəlcə bunun real olduğunu düşünmədim. Sonra “bomba”lar düşməyə başladı”, – Qoldberq yazıb.
“Gündəmə gələn mesaj xətti real görünür”, – bildirən Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Hyuz məsələnin mediaya bildirilməsindən sonra yazılı açıqlama verərək, “Gündəmə gələn mesaj mövzusu real görünür və bu mesaj zəncirinə təsadüfən bir nömrənin necə əlavə edildiyini nəzərdən keçiririk”, – deyib.
Jurnalistin səhvən qrupa necə əlavə edildiyini araşdırdıqlarını ifadə edən Hyuz bunun Yəmən əməliyyatlarına heç bir zərər vermədiyini bildirib.
Sosial şəbəkələrdə bir çox istifadəçi ABŞ-ın gizli müharibə planlarının təsadüfən bu şəkildə jurnalistə göndərilməsinin qəbuledilməz olduğunu qeyd edib.
ABŞ martın 15-də Yəməndə husilərə qarşı hücumlara başlayıb və prezident Donald Tramp bu hücumu dünya ictimaiyyətinə açıqlayıb.
Digər tərəfdən ABŞ prezidenti Donald Tramp mövzu ilə bağlı suala “Mənim bu mövzuda heç bir məlumatım yoxdur”, – deyə cavab verib.
“Atlantic” jurnalını oxumadığını deyən Tramp hadisədən xəbərsiz olduğunu, lakin sözügedən səhvin Yəməndəki hücumlarına heç bir təsirinin olmadığını iddia edib.
Sosial şəbəkələrdə bir çox istifadəçi ABŞ-ın gizli müharibə planlarının təsadüfən bu şəkildə jurnalistə göndərilməsinin qəbuledilməz olduğunu qeyd edib.
ABŞ martın 15-də Yəməndə husilərə qarşı hücumlara başlayıb və prezident Tramp bu hücumu dünya ictimaiyyətinə açıqlayıb.