
Kriptovalyuta reytinqi dəyişir
Nəhəng artımlardan sonra 107 min dollar civarında 2 aylıq dib
Nəhəng artımlardan sonra 107 min dollar civarında 2 aylıq dib
Rəqəmsal valyutada həftəlik icmal
Əsas dəstək zonası müdafiə oluna biləcəkmi?
BTC təzyiq altında, ETH və SOL sərmayəçilərin radarında
ABŞ xarici kripto birjalarına tənzimləyici aydınlıq gətirdi
“JPMorgan” ilin sonu üçün “Bitcoin” proqnozunu açıqladı
“Tether” “Bitcoin” şəbəkəsində USDT-ni işə salmağa hazırlaşır
Satış təzyiqi artarkən kapital “Ethereum”a yönəlir
Azərbaycanda ilk dəfə ...
FED faiz endirimi gözləntilərinə baxmayaraq kripto ən azı 4.5 min dollar dəyər itirdi
Kriptovalyuta bazarı kəskin yüksəldi
FED rəsmisi: ““Stablecoin”lər ABŞ dollarının qlobal rolunu genişləndirə bilər”
“Goldman Sachs”: “Sabit kriptovalyutalarda ‘qızıl hərası’na bənzər dövr başlayır”
Yuan dəstəklı sabit kriptovalyutalar gündəmdə
Kriptovalyutanın 113 min dolların altında olması qazanc satışı və riskdən qaçış təzyiq yaradır
Azərbaycanda da kriptovalyutalardan istifadə ediləcək?
Kripto valyutaları həftəsonu boyunca düşüşünü davam etdirdi. Bu geriləmədə, ABŞ Mərkəzi Bankının (FED) sentyabr ayındakı faiz qərarı öncəsi yayımlanan makroiqtisadi göstəricilərin təsiri müəyyənedici oldu. Xüsusilə cümə günü açıqlanan Şəxsi İstehlak Xərcləri (Personal consumption expenditures – PCE) məlumatları, əsas inflyasiyanın iyul ayında illik 2,9% artdığını göstərdi. Bu göstərici gözləntilərlə paralel olsa da, fevral ayından bəri ən yüksək səviyyə kimi qeydə alındı.
“Bitcoin”, həftənin əvvəlində %0,95 düşüşlə 107.255 dollara gerilədikdən sonra qismən toparlanaraq 108.000 dollar səviyyəsinə yaxınlaşdı. Bu səviyyə, iyul ayı əvvəllərindən bəri müşahidə olunan ən aşağı qiymət aralığına uyğundur. “Ethereum” 1% itki ilə 4.398 dollara, “XRP” 3,67% düşüşlə 2,73 dollara və “Solana” 2,71% azalma ilə 198,6 dollara gerilədi. Analitiklər yüksək inflyasiya göstəricisi ilə faiz endiriminə dair gözləntilərin zəifləməsinin satış təzyiqini artırdığını vurğulayıblar.
“Presto Research”dən analitik Min Cjunq həftəsonu düşüşünün PCE göstəricisindən sonra gəldiyini və yüksək inflyasiyanın sentyabrda gözlənilən faiz endirimi ümidlərini azaltdığını bildirib. Cjunqa görə, bu inkişaf kripto bazarındakı zəif risk iştahasını daha da məhdudlaşdırıb. Digər tərəfdən, “Kronos Research”-dən CIO Vinsent Liu, xüsusilə böyük investorların (balinaların) satışlarının “leverage”lı (gəlir artıran kreditləşdirmə) mövqeləri şirnikləndirdiyini və bazarda yeni satış dalğasının yarandığını qeyd edib.
Liu həmçinin “Bitcoin” üçün psixoloji və texniki baxımdan ən vacib dəstəyin 100.000 dollar səviyyəsində olduğunu vurğulayıb. “Ethereum” üçün bu əhəmiyyətli səviyyə 4.000 dollar kimi qiymətləndirilir. Liuya görə, bu səviyyələrin altında baş verəcək bir sarsıntı daha dərin düzəlişə və geniş miqyaslı likvidlik azalmasına səbəb ola bilər. Lakin, bunun tam mənası ilə ayı bazarına çevrilməsi üçün daha uzunmüddətli bir düşüş trendi lazım olduğunu da əlavə edib.
Bazar iştirakçıları diqqətlərini bu həftə açıqlanacaq qeyri-əkinçilik məşğulluq məlumatına yönəldib. Bu göstərici, FED-in sentyabr ayında keçirəcəyi Açıq Bazar Komitəsi (“FOMC”) iclası öncəsi kritik əhəmiyyət kəsb edir. Yüksək məşğulluq artımı faiz endirim gözləntilərini azaldaraq kripto aktivləri üçün mənfi təsir yarada bilər. Əksinə, gözləntilərin altında olan göstərici risk iştahını canlandıraraq kripto investorları üçün alım imkanı təqdim edə bilər.
FOMC iclası 16-17 sentyabr tarixlərində keçiriləcək və FED inflyasiya və məşğulluq göstəricilərinə əsaslanaraq faiz qərarını açıqlayacaq. “CME Group”un “FedWatch” alətinə görə, bazarlar FED-in bu iclasda 25 baza bəndi faiz endirimi edəcəyini 87,6% ehtimalla qiymətləndirir. Lakin investorların diqqəti hələ də iqtisadi göstəricilərdə olacaq.
***
Bəzi investorlar mövcud geri çəkilməni satış siqnalı kimi deyil, yeni mövqelər üçün alım imkanı kimi qiymətləndirir. Kripto analitiki ZYN, həftəlik RSI formasyonuna diqqət çəkərək, bu səviyyələrin qorunması halında növbəti 4-6 həftə ərzində yeni bütün zamanların zirvəsinə çatmaq mümkünlüyünü bildirib. Oxşar şəkildə, bazar şərhçisi Maykl van de Poppe də qısa müddətdə yüksəliş trendində olmadıqlarını qəbul etsə də, 102.000-104.000 dollar bandını güclü dəstək və “yığım imkanı” kimi qiymətləndirib.
“Bitcoin”, avqust ayında 6,5% itki göstərdi. Yenə də bu performans son dörd ilin eyni dövrü ilə müqayisədə daha az itki ilə tamamlanıb. Bu, kripto bazarlarının hələ temkinli olsa da, yeni toparlanma siqnalları axtardığını göstərir.