
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Almaniya İsraildən müdafiə sistemi alıb
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Qələbə paradı ərəfəsində Ukrayna ordusunun ikinci dəfə Rusiya torpağına girməsi Kremldə şok yaradıb
İddialara görə, Rusiya ABŞ-a Ukrayna ilə atəşkəs razılaşması tələblərinin siyahısını göndərib.
Moskva bu həftə Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlarda ortaya çıxan 30 günlük atəşkəs təklifinin təsdiqini gözləyir.
Ukrayna atəşkəs təklifini təsdiqlədikdən sonra ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, “top indi Moskvanın meydançasındadır”.
“Reuters” agentliyinin adı açıqlanmayan mənbələrə istinadən yaydığı xəbərə görə, Rusiya ABŞ-a atəşkəs razılaşması üçün tələblər siyahısını göndərib.
Hadisə ABŞ nümayəndə heyətinin atəşkəs danışıqları üçün Moskvaya səfəri zamanı baş verib. İddialara görə, Moskva razılıq əldə etmək üçün danışıqlara hazırdır.
Rusiyanın atəşkəs tələbləri nə ola bilər?
İddia olunur ki, Rusiya daha əvvəl NATO, Ukrayna və amerikalılara təklif etdiyi şərtlərə oxşar tələblər irəli sürüb.
“The Week” yazır ki, bunlara Ukraynanın NATO-ya daxil olmasına icazə verilməməsi də daxildir ki, bu da Rusiyanın Ukraynaya müdaxiləsinin əsas səbəblərindən biri idi.
Moskva Kiyevi keçmiş Sovet İttifaqı ölkələrini əhatə edən regionun bir hissəsi hesab edir. NATO-nun bu ölkələrə doğru genişlənməsi Rusiya tərəfindən təhlükə kimi qəbul edilir. Latviya, Estoniya və Litva kimi keçmiş Sovet İttifaqının bəzi dövlətləri artıq NATO-nun üzvüdür.
İddialara görə, Rusiyadan başqa bir tələb də müharibədən sonra xarici qoşunların Ukraynada yerləşdirilməməsidir. Digər tərəfdən, artıq Avropa ölkələri atəşkəsdən sonra hansı ölkələrin mümkün sülhməramlı qüvvələri formalaşdıracağını müzakirə etməyə başlayıblar. Əslində Türkiyə də sülhməramlı qüvvələrdə iştirak etmək istəyən dövlətlərdən biridir. Hələlik Avropa onu “beynəlxalq təhlükəsizlik qüvvəsi” adlandırır.
Putin həmçinin Krımın və Donbas bölgəsindəki Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin Rusiyanın bir hissəsi kimi tanınmasını istəyir.
Üç tələb önə çıxır
“Bloomberg” daha əvvəl yazmışdı ki, Putin Kiyevdən üç tələb irəli sürüb: neytrallığa formal sadiqlik, NATO istəklərindən əl çəkmək və Rusiyanın ilhaq edilmiş ərazilərə iddialarını tanımaq.
Hələ 2022-ci ilin fevralında müharibə başlamazdan əvvəl Putin NATO-dan Şərqi Avropa və Mərkəzi Asiyada hərbi əməliyyatlarını dayandırmağı tələb etmişdi. Lakin Co Bayden administrasiyası tələblərinin əksəriyyətini rədd etmişdi.