vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
ELM-TEXNİKA  
19:16 | 12 oktyabr 2022 | Çərşənbə Məqaləyə 1623 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Facebook”da nə baş verir?

Sosial şəbəkədən milyarda yaxın profil silinib

OSMAN

Son günlər “Facebook” sosial şəbəkəsi istifadəçilərinin dostluq siyahısında kütləvi azalma olduğu ilə bağlı şikayətlər gün-gündən artır. Sosial şəbəkə rəsmiləri bu gün problemə aydınlıq gətirib. Baş verənlərin sistemin yeniləməsi ilə bağlı deyil, adi texniki səhv ucbatından olduğunu açıqlanıb.

Amma bəzi mənbələr baş verənləri “Facebook”un son zamanlar botlardan istifadə edənlərə qarşı apardığı siyasətlə əlaqələndirib. Bir həftə öncə bəzi ABŞ media qurumlarının hesablarında da belə bir problem baş vermişdi.

Ümumiyyətlə, son zamanlar “Facebook” hesabatlarından görürdü ki, qurum botlardan istifadə edən 1.4 milyard istifadəçiyə qarşı tədbir görüb. Son yarım ildə sosial şəbəkədə milyarddan çox saxta profilinin silindiyi bildirilir.