vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
AMERİKA  
16:44 | 6 dekabr 2022 | Çərşənbə axşamı Məqaləyə 758 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Media “Meta”ya qarşı

Qanun qəbul olunsa, ABŞ-da xəbərlərin silinmək təhlükəsi gözləyir

ELŞAD

“Meta” ABŞ Konqresinin media qanun layihəsini təsdiqlədiyi təqdirdə ABŞ-da “Facebook”dan xəbər məzmununu silə biləcəyini açıqladı. Qanun layihəsi xəbər qurumlarına “Facebook”da paylaşılan məzmuna görə ödənişləri müzakirə etmək üçün daha çox səlahiyyət verir. Oxşar qanun Avstraliyada da qəbul edildi. Bu, “Facebook”un bir müddət yayımladığı xəbər məzmununu silməsinə səbəb oldu.

“Facebook”un da bağlı olduğu şirkət iddia edir ki, platforma əslində ayaqda qalmaqda çətinlik çəkən xəbər təşkilatlarına oxucu cəlb edir.

“Meta” rəsmiləri xəbəri “Facebook”da paylaşmağın “şirkətin maraqlarına uyğun olduğunu” deyirlər.

Qəzetçilik Rəqabəti və Mühafizəsi Aktı (JCPA) adlanan qanun layihəsi Minnesota senatoru Emi Klobuçar tərəfindən Konqresə təqdim edilib və hər iki partiya tərəfindən dəstəklənib.

Qanun layihəsi xəbər məzmunu istehsalçılarının “Facebook”da paylaşılan xəbərlərin reklamlarından daha çox pay almaq üçün sövdələşmələrində əllərini gücləndirir.

Xəbər qurumları “Meta”nın xəbər və məqalələrindən böyük miqdarda reklam gəliri əldə etdiyini iddia edirlər. Xüsusilə pandemiya dövründə kiçik miqyaslı xəbər qurumları həyatda qalmaq üçün mübarizə apararkən, “Meta” istehsal etdikləri məzmundan çox ciddi reklam gəliri əldə etdi.

“Meta” isə bu fikrin yanlış olduğunu bildirir. Əksinə, o, “Facebook”da dərc olunan məzmunun bu xəbər təşkilatlarına əhəmiyyətli miqdarda oxucu gətirdiyini bildirir.

“Əgər bu qanun layihəsi Konqresdən milli təhlükəsizlik qanununun bir hissəsi kimi qəbul edilərsə, biz xəbərləri platformamızdan tamamilə silməli olacağıq”, – deyə “Meta” sözçüsü Andi Stoun bildirib.

Yeni layihə böyük texnoloji firmaların gücünü qırmaq üçün hazırlanmış daha geniş qanunlar dəstinin bir hissəsidir.

JCPA tərəfdarları qanun layihəsinin qəbul edilmədiyi təqdirdə sosial medianın “Amerikanın de-fakto yerli qəzeti” olacağını deyirlər.