

Ölkə boyu 30 minə yaxın protestant huqenot qətlə yetirildi
Azərbaycanlılar ərəb istilasından əvvəlki tarixlərindən imtina edib xristian irsinə yaxın durmayıblar
«Gül kimi xristianıydıx da...»
Blaqoevqrad bölgə müftisi baş vermiş hadisəni kəskin pisləyib
... Ölüm hökmü kəsdilər
Müsəlman, yəhudi, xristianların kampaniyasını keçiriləcək
“2010-cu ildən sonra heç bir xristian icmasının qeydiyyatı ləğv edilməyib”
Bizim oxuduğumuz ənənəvi dünya tarixi tamamilə saxtadır. Qərb tarixşünaslığı, avrosentristlər tarixi başdan-başa hind-avropa ideologiyasına uyğun tərtib ediblər. Xüsusən də Vatikanın təsiri altında xristianlıq tarixi saxtalaşdırılıb, erkən xristianlıqda türklərin izi tamamilə itirilib. Bu səbəbdəndir ki, Qafqaz Albaniyası və Parfiya tarixinə qarşı səlib yürüşü keçiriblər.
Xristianlıq tarixindən qısa bir epizoda nəzər salaq. XII əsrdə Roma kilsəsi Səlib Yürüşündən sonra Şərqdəki kilsələrlə əlaqələr qururdu. Bu kilsələr arasında Ərmən kilsəsi də var idi. Bu məqsədlə Qüdsdə çağırılan toplantıya Ərmən katolikosu III Qriqor da dəvət olunmuşdu. Ərmən katolikosu ilə görüşə Roma papası Alperik adlı yepiskopu göndərmişdi. Yepiskopun adına fikir verin: Alperik! Bu gün də türklərin istifadə etdiyi Alper və ya Alperik adı. Şübhəsiz, Ərmən katolikosu Saka-Parfiya türk nəslindən olduğu üçün türkcə danışan bir yepiskopu göndərmişdilər.
Alperikin geri döndükdən sonra Papaya təriflədiyi Ərmən katolikosu III Qriqor Pəhləvani Parfiya sakalarından olan Ərsaklara (Arşak) mənsub olan Kamsarakan zadəgan nəslindən idi. Parfiya Ərsaklarının Orta Asiya kökənli olması barədə heç bir şübhə olmasa da, ermənilər onları da, onların bir qolu olan Kamsarakan ailəsini də öz adına çıxır. Kamsarakan, yəni Kamsarıkan adı türk dilində “Sarı qandan olan ruhani rəhbər”, yəni “ali nəsildən olan ruhani rəhbər” mənasını verir. Sarı qədim türklərdə günəş rəngi kimi müqəddəs, pak ali sayılırdı. Sarıkan, Sarıxan, Sarıken türklərdə titul, hökmdar adı və yer adı kimi mövcud olub. Adın əvvəlindəki “kam” sözü də türklərdə “şaman” sözünün kökündə duran “ruhani” mənasını verir.
Qriqorun iqamətgahının yerləşdiyi qalanın adı Horumqala olmuşdur. Haylar bu adın türkcə olduğunu gizlətmək üçün onu eybəcər hala salaraq Hromqla etmişlər. Qaziantepdən 50 km aralıda yerləşən bu qalanı türklər Rumkale adlandırır.
Sonda onu da qeyd edim ki, Vatikan kilsəsi Şərqdəki kilsələrlə əlaqələri genişləndirmək üçün geniş tədbirlər görürdü. Bu tədbirlərdən biri də Kilikiyada yepiskop Nerses Ləmbəranskinin kuman (qıpçaq) – latın lüğətinin tərtib etməsi idi. Nədənsə heç bir Qərb alimi sual vermir ki, niyə Kilikiyada kuman-qıpçaq dilinin lüğəti hazırlanırdı? Niyə hazırda Venesiyanın Müqəddəs Mark kilsəsinin kitabxanasında saxlanılan, qıpçaq türkcəsində olan Kodeks Kumanikus (Codex Cumanicus) adlanan topluda Nerses linqvistik analizlər aparırdı? Çünki, əslən Gəncədən olan Avşin adlı alban qıpçaq nəslinin qurduğu Kilikiya məlikliyində albanlar (və ya ərmənlər) məhz bu dildə danışırdılar. Nersesin özü isə səlcuqların gəlişindən sonra Qarabağdan dindaşlarına yaxın ərazilərə köçən Qarabağın qədim Ləmbəran kəndindən idi. Kilikiyada Avşina Ləmbəran qalasını bağışlayan Vasburaqan məliyinin adı Əbdülqərib idi. “Qafqaz xalqlarının genealogiyası” kitabında (Традиции и современность, Владикавказ: СОИГСИ ВНЦ РАН, 2016.) erməni tarixçi S. Qriqoryan yazır: “Söhbət Dərənik oğlu Kor Xaçik, onun oğlu Həsənin, onun oğlu Aplxaripdən (Əbdülqərib) gedir”. Burada ərəblərdən türklərə keçmiş Həsən və Əbdülqərib adından başqa səslənən Dərənik və Xaçik adları türkcədir. Xaça inandığı üçün Xaçik adlanan şəxs adı türkcədir. Dərənik isə qədim türkcədə “dirəniş göstərən”, “tərs adam” mənasındadır. Hər iki addakı sonluq “ik”, Alperik adında olduğu kimi türklərdə sifət düzəldən şəkilçidir. Gördüyünüz kimi Lambron qalasının sahibləri olan kilikiyalıların arasında hay adından başqa nə desən var.