vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ASİYA  
18:14 | 12 aprel 2014 | Şənbə Məqaləyə 3558 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağalarov Putinin dostunu uddu

Rusiya hökuməti 1,8 milyard dollara yol salır

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskvada yeni Dairəvi Avtomobil Yolunun tikintisi layihəsini məşhur azərbaycanlı milyarder, «Crocus Group» şirkətlər qrupunun sahibi Araz Ağalarov qazanır. «Kommersant» qəzeti bu layihə üzrə elan edilmiş tenderə qatılan şirkətlər arasında ən aşağı qiyməti məhz Araz Ağalarovun şirkətinin verdiyini yazıb.

Bu nəhəng yol-nəqliyyat infrastrukturu layihəsi üzrə tenderə üç şirkət qatılmışdı. Onlardan biri ərəb əsilli milyarder Ziyad Manasirin «Stroyqazkonsaltinq» şirkəti, digəri prezident Vladimir Putinin dostu və Rusiya neftinin beynəlxalq bazarlarda ticarətini təşkil edən nəhəng «Gunvor» şirkətinin prezidenti Gennadi Timçenkoya bağlı şirkət, üçüncüsü isə «Crocus Group» idi.

Məlum olub ki, Ağalarovun şirkəti bu layihəni 53,3 milyard rubla (təxminən 1,8 milyard dollar) həyata keçirməyə hazır olduğunu tender komissiyasına bildirib. Ziyad Manasirin şirkəti layihə üçün 55,86 milyard, Timçenkonun şirkəti isə 57 milyard rubl istəyib. Belə olan halda tender komissiyasının məhz «Crocus Group»a üstünlük verməsi qaçılmazdır.

Tenderi Moskva meriyasının «Avtodor» şirkəti elan etmişdi. Söhbət uzunluğu 49.5 kilometr olan M-4 «Don» trasının və 11 kilometrlik A-107 trasının çəkilməsindən gedir. Layihənin qiyməti 52,4 milyard rubl həcmində dəyərləndirilmişdi və şərtə görə, bu vəsaitin 6,8 milyard rublunu podratçı şirkət investisiya şəklində özü yatırmalı idi. İnvestor qoyulmuş vəsaiti yolun istismarından əldə edilmiş vəsaitlər hesabına geri alacaq. Tenderin qalibinin rəsmən aprelin 30-da elan edilməsi planlaşdırılır.

Ağalarovun şirkəti tender komissiyasına təqdim etdiyi təklifə əsasən şirkət dövlət büdcəsindən layihəni həyata keçirmək üçün ən aşağı məbləğ - 47,2 milyard rubl ( təqribən 1,5 milyard dollar) istəyir. Qalan 6,1 milyard rublu isə öz hesabına yatıracaq. Tender komissiyasının «Crocus Group»a üstünlük verəcəyinə şübhə yoxdur.

Beləliklə, Ağalarovun şirkəti bu il ərzində artıq ikinci dəfədir ki, Rusiya büdcəsindən maliyyələşən layihəni udur. Ötən həftə «Crocus Group» futbol üzrə 2018-ci il dünya çempionatı ilə bağlı Rostovda və Krasnodarda iki stadionun tikintisi layihəsini də almışdı. İki layihənin ümumi dəyəri 28 milyard rubldur. (anspress.com)