«Mənim və atamın adının bu siyahıya salınması axmaqlıqdır...»
Emin Ağalarov: «Casuslar, dağıdıcılar, seçkiləri saxtalaşdıranlar, hakerlər...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Gələn dəfə cavab verərəm...»
Baş prokuror Çaykadan Ağalarov haqda sualına hazırcavab reaksiya
-
ABŞ prezidentinin başını ağrıdan proje
Mosvadakı «Trump Tower»in yerində «Agalarov Tower» ucalacaq, layihədə İvankanın da adı keçir
-
Eminin Bakıda solo-konserti
Çoxlu yeniliklər olacaq
-
«Nardaranda ömrümün sonuna qədər tikəcəyəm...»
Emin Ağalarov: «Orada demək olar ki, heç vaxt boş yer olmur»
-
«Mən buna layiq deyiləm»
Emin Ağalarov Putinə kömək etməkdən imtina etdi
-
Emin Ağalarov Bakıda 5 milyon dollar xərcləyib
İş adamı festivalın gəlirlərinin xərclərini ödəmədiyini deyir
-
Ağalarovlar ABŞ-dan qaçır?
Əslən azərbaycanlı olan milyarder və oğlu okeanın o tayındakı malikanələrini ucuz qiymətə satır
-
«...Bizi yaddan çıxarmır»
Emin Ağalarov: «Trampla yanvarda əlaqə saxlamışam, ...»
-
«Birincisi, xoşbəxtəm, ikincisi isə...»
«Gənc milyonerlər»in qonağı: «Həyat yoldaşıma həsr etdiyim mahnılarım var»
-
Emin Ağalarov finalda
Müğənni Azərbaycanı «Naçistatu» adlı mahnı ilə təmsil edib
-
«Sevərək evlənmək istəyirdim...»
Emin Ağalarov: «Bu sevginin gətirdiyi əminliyi hiss etdim»
-
«Mən boşanmamışam»
«Gözəllik işimin bir hissəsidir»
«Crocus Group» şirkətinin vitse-prezidenti Emin Ağalarov onun və atası Araz Ağalarovun adının Amerikanın «Rusiya təhqiqatna dəstək komitəsi» adlı ictimai təşkilatının siyahısına (Morqan Frimanın siyahısı) salınmasını «axmaqlıq» adlandırıb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Ağalarov bu siyahının «antirusiya təbliğatı xarakteri daşıdığını» bildirib.
«Bu tamamilə axmaqlıqdır ki, mənim və Araz İsgəndəroviçin adı həmin antirusiya siyahısında yer alıb. Mən buna yumor hissi ilə yanaşıram», - Emin Ağalarov deyib.
Biznesmen əlavə edib ki, ABŞ-da total antirusiya təbliğatı gedir. «Bütün Amerika üzrə Rusiyaya qarşı təbliğat aparırlar, bütün xəbərlədə: casuslar, dağıdıcılar, seçkiləri saxtalaşdıranlar, hakerlər...», - Ağalarov bildirib.
Bundan əvvəl amerikalı aktyor, «Oskar» laureatı Morqan Frimen «Rusiya təhqiqatna dəstək komitəsi» adından videomüraciətlə çıxış edib və orada Rusiyanın demokratiyaya hücumları haqda danışıb. Komitənin saytında göstərilir ki, Amerika seçkilərinə müdaxilənin əsas fiqurları sırasında prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, səfir Sergey Kislyak, «Vneşekonombank»ın rəhbəri Sergey Qorkov və s. ilə yanaşı Emin Ağalarov və Araz Ağalarov da yer alır.