vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
MƏHKƏMƏ, İSTİNTAQ  
16:40 | 6 avqust 2019 | Çərşənbə axşamı Məqaləyə 17310 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Onu günahlandırmıram”

Araz Ağalarov məhkəməyə çağırıldı, keçmiş nazir barədə ifadə verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Kalininqrad vilayətində futbol üzrə 2018-ci il Dünya Çempionatı oyunları üçün inşa edilmiş “Kalininqrad Arena” stadionunun tikintisi zamanı korrupsiyaya, mənimsəməyə yol verdiyi üçün həbs edilən keçmiş nazirin məhkəmə prosesi gedir. Virtualaz.org xəbər verir ki, vilayətin keçmiş tikinti naziri Amir Kuşxovun işi üzrə məhkəmə prosesində şahid qismində azərbaycanlı milyarder-oliqarx, stadionun tikintisini podratçı qismində həyata keçirmiş “Crocus” şirkətinin rəhbəri Araz Ağalarov da ifadə verib.

Keçmiş nazir Kuşxov ona görə həbs edilib ki, stadion üçün zəminin hazırlanması zamanı yetərli qədər qum tökülməyib və nəticədə bataqlıq ərazidə tikilən stadionda subasma baş verib.

Lakin Ağalarov ifadəsində deyib ki, subasmaya görə keçmiş nazir günahkar deyil, problem layihədən qaynaqlanıb.

Keçmiş nazirin işini aparan “Bişeneov və partnyorları” adlı vəkil bürosundan bildiriblər ki, iyulun 31-də verdiyi ifadədə Araz Ağalarov belə deyib: “Mən Kuşxovu yetərli qədər qumun tökülməməsində günahlandırmıram, məsələ bunda deyil. Layihə özü düzgün hazırlanmamışdı. Qumun miqdarına dair məndə xüsusi irad yox idi, subasmanın səbəbi layihəçinin səhvi idi”.

Bu gün avqustun 6-da Amir Kuşxovun barəsində çıxarılmış həbs qətimkan tədbirinin uzadılması üçün apelyasiyaya baxılıb. Və həbs müddəti daha iki ay uzadılıb. Keçmiş nazirin vəkilləri isə iş materiallarında irəli sürülən ittihamları sübut edə biləcək tutarlı dəlillərin olmadığını deyirlər.

Kuşxov 2017-ci ili iyulunda həbs edilib. İstintaqın versiyasına görə keçmiş nazir və tikintiyə nəzarət üzrə mühəndis Sergey Tribunski dağıstanlı milyarderlər Maqomedov qardaşlarını “Summa” şirkətlər qrupu ilə əlbir olub və yerinə yetirilmiş işlərə dair qurama aktları imzalayaraq 752 milyon rublu mənimsəyiblər. Onlar bütün ittihamları rədd edirlər.