Rusiya rəsmlərindən Putinə xəbərdarlıq
Müharibə xərcləri ölkəni iflasa aparır
11:56 | 22 fevral 2018 | Cümə axşamı
Məqaləyə 3234 dəfə baxılıb
Şriftin ölçüsü
Müharibə xərcləri ölkəni iflasa aparır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Rusiya prezidentliyinə ən iddialı namizədlərdən biri olan Pavel Qrudinin etiraf edib ki, «Lenin adına sovxoz» Azərbaycan mənşəli rusiyalı oliqarx Araz Ağalarovun dəstəyi ilə yaradılıb.
Qeyd edək ki, Kommunist Partiyasından namizəd olan Pavel Qrudinin Rusiyada keçirilən seçki kampaniyasında böyük populyarlıq qazanıb. Federal televiziya kanallarının qapısı Qrudininin üzünə açılıb və o, çıxışlarında ideal sovxoz yaratmağa necə nail olması barədə danışıb. «Lenin adına sovxoz»da bir neçə min işçi çalışır və onlar əməkhaqqı və mənzillərlə təmin ediliblər. Qrudininin əsl təsərrüfatçı obrazı ona imkan verib ki, hazırda fəaliyyətdə olan prezident Vladimir Putindən sonra reytinqlərdə ikinci yerə yüksəlsin. Lakin Qrudininin məşhurluğu artdıqca o, televiziya efirindən uzaqlaşdırılmağa başlayıb və Rusiya KİV-ləri kommunist namizədə qarşı kampaniyaya start veriblər.
Misal üçün, «Tsarqrad» telekanalı diqqət yetirib ki, BBC-yə verdiyi müsahibəsində Pavel Qrudinin belə bir etiraf edib: «Ağalarov bələdiyyə məktəbini təmir etməyə yardımçı olub – o vaxt bunun 40 milyon rubl xərci var idi və bu böyük məbləğ idi. Sonradan stadion, uşaq bağçası və körpələr evi tikməyə kömək etdi».
Məqalənin müəllifləri hesab edirlər ki, bu dəbdəbəli uşaq bağçaları ayrıca götürülmüş bir yaşayış məntəqəsində «tərəqqipərvər sosializm»in nəticəsi deyil, sadəcə olaraq, azərbaycanlı maqnatla dostluğun bəhrəsidir.