
Gömrük vergisi iki dəfə artdı
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Bu günlərdə Rusiyada “Levada” ictimai rəyi öyrənmə mərkəzi araşdırıb ki, ölkənin düzgün istiqamətdə getmədiyini düşünənlərin sayı bunun əksini düşünənlərin sayını üstələyib. (45 faiz və 42 faiz). Sonuncu dəfə rusiyalılar arasında belə əhval 2006-cı ildə hökm sürürdü.
“Komsomolskaya pravda” bu mövzunu azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovla müzakirə edib.
Biznesmen deyib ki, yaranmış vəziyyətdə hansısa radikal dəyişikliklər təklif etməyə dəyməz. Və əhalinin bu cür pessimizmə qapılması iqtisadiyyatla, iqtisadi problemlərlə əlaqəlidir.
“İstənilən iqtisadiyyatın əsası sabitlikdir. Siz daim dəyişən parametrlərlə üzləşirsinizsə heç vaxt heç nəyi proqnozlaşdıra, layihələşdirə bilməyəcəksiniz. İstənilən stabilliyin əsası isə milli valyutanın məzənnəsidir. Məzənnə gah 70-ə qalxır, gah 65-ə qədər geriləyir. Mən demirəm ki, məzənnə konkret necə olmalıdır, əsas odur ki, stabil olsun. Budur, hazırda 1 dollar 66 rubl ətrafında tərəddüd edir. Və hər gün yarım faiz qalxır və düşür. Niyə?”, - Ağalarov sual edib.
Biznesmen deyib ki, Rusiyada müsbət ticarət saldosu var. Hər gün Mərkəzi Bank birjadan valyuta alır. “Bunu rublun məzənnəsinin stabil olmasını nəzərə almaqla eləmək olar. Və onda stabil məzənnəyə inflyasiya, Mərkəzi Bankın uçot dərəcəsi və insanların maaşları da uyğunlaşacaq. İndi isə maaşlar daim dəyərdən düşən rublun arxasınca yetişə bilmir. Ötən il rubl 15 faizdən çox dəyərdən düşüb. Və bütün bunlar neqativ əhvala gətirib çıxarır”, - Araz Ağalarov qeyd edib.