«Tramp praqmatik adamdır»
Azərbaycanlı oliqarx: «Əgər xahiş etsəm o mənimlə görüşər, amma tozanaq qopar...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
“Yenidən cəhd edəcəklər”
Tramp: “İrandan böyük təhdidlər alıram”
-
“Prezidentlik öküz sürməkdən daha təhlükəlidir”
Donald Tramp Miçiqan ştatında seçicilər qarşısında çıxış edib
-
Tramp yeni kriptovalyuta yaradır?
“World Liberty Financial” şirkəti yaxın vaxtlarda “$WLFI” adıyla ictimaiyyətə tanıdılacaq
-
“Sui-qəsd etməkdə azadsınız”
Trampa sui-qəsddə şübhəli bilinən Routdan İrana çağırış
-
“Məsuliyyətsiz ifadə”
Ağ Ev İlon Maskın Bayden və Harrislə bağlı zarafatına reaksiya verdi
-
Su-qəsdçi iki maddədən mühakimə olunacaq
Florida qubernatoru hadisəylə bağlı ayrıca araşdırma aparılacağını deyib
-
60 gündə iki sui-qəsd cəhdi
Tramp bir daha hədəfdədir: Sui-qəsd cəhdi və şübhəli haqqında hər şey məlumdur
-
Trampa ikinci sui-qəsd
Tələm-tələsik apardılar, sui-qəsdçi həbs olunub, hadisə yerindən eyni silah tapılıb
-
Trampın ətrafında silah səsləri
Bu dəfə ABŞ-ın keçmiş prezidentinin qolf oynadığı klubun yaxınlığından gəlib
-
“İki pisdən yaxşısını seçin”
Harris və Trampı tənqid edən Roma Papası ABŞ katoliklərinə səsləndi
-
ABŞ seçkilərində pulun gücü
Hansı daha sərfəlidir, yüksək tələbli varlı donor, yoxsa kasıb ictimai dəstək?
-
“Nəhayət, bizə qoşuldu”
Sosial media şokda: “Bütün siyasi karyerasında etdiyi ən ağıllı şey”; “Yuxulu Co, Tramp qatarına xoş gəlmisiniz!!!”
-
67 milyon insan izlədi
Kamala Harris-Donald Tramp dueli üçün milyonlar insanın nəzəri ekranlara zilləndi
-
Bayden hamını təəccübləndirdi
ABŞ prezidenti Donald Trampın məşhur “MAGA” papağını geyindi
ABŞ-ın yeni prezidenti Donald Tramp özünün inauqurasiya nitqində «yeni ittifaqlar» quracağını deyərkən Rusiyanı nəzərdə tuturdu. Lakin o, Rusiya ilə münasibətləri düzəldə bilmək üçün əvvəlcə öz hakimiyyətini möhkəmləndirməlidir.
Virtualaz.org xəbər verir ki, bu haqda 2013-cü ildə Donald Trampla birlikdə Moskvada «Dünya gözəli» müsabiqəsini keçirmiş azərbaycanlı oliqarx-milyarder Araz Ağalarov «Komsomolskaya Pravda» qəzetinə müsahibəsində danışıb.
«Aydın məsələdir ki, Trampa güclü təzyiq var, onlar hələ hakimiyyətdə möhkəmlənməyiblər. Ona görə də onun komandasının dedikləri gələcəkdə edəcəkləri ilə tam uyğun gəlməyə bilər... Əgər heç bir impiçment və ya hansısa başqa axmaqlıqlar baş verməsə, Tramp əsas postlara öz adamlarını yerləşdirə bilsə situasiya prinsipcə, dəyişə bilər» - Araz Ağalarov deyib.
Azərbaycanlı oliqarxın fikrincə bu proses azı yarım il çəkməlidir. Ancaq onun fikrincə Rusiya Trampdan nəsə gözləməli deyil. «Əsas odur ki, bizə zərər vurmasınlar, biz ancaq öz gücümüzə arxalanıb irəli getməliyik» - o bildirib. Ağalarovun sözlərinə görə, Tramp praqmatik adamdır, dəfələrlə Rusiyada olub. İnsanları başa düşür, əlaqələri düzəltmək istəyir.
İş adamı bildirir ki, Trampla, yaxud onunla bağlı olan biznes strukturlarla əlaqələri bərpa etmək haqda düşünmür. «İndi bilirsiniz vəziyyət necədir? Orada situasiya elədir ki, hansısa keçmiş biznes-partnyorların ortaya çıxması aranı qarışdıracaq. İndi orada hər şey diqqətlə araşdırılır. Tutaq ki, Trampa nə vaxtsa işləmiş hansısa indus ortaya çıxdı- o saat bütün mətbuat partlayacaq: budur, Tramp özünün köhnə əlaqələrindən istifadə edir, hansısa biznes qurmaq istəyir və s. Aydın məsələdir, o, sözünü tutan adamdır. Yəni əgər mən görüşməyi xahiş etsəm fikrimcə etiraz etməz. Lakin bu, birincisi mənim tərəfimdən düzgün olmazdı, çünki onu pis vəziyyətdə qoya bilərəm. Çünki onların bütün mətbuatı seçkilərə qədər Trampı Kremllə əlaqələndirmək üçün mənim onunla fotolarımı dərc edib. Və indi «bunu təsdiqləyərək» mən haradasa onunla birgə peyda oluram... Daha betər olardı ki, Ağ Evdə. Bütün qəzetlər tozanaq qoparacaq. Ona görə də gözləmək lazımdır, gələcək göstərəcək» - azərbaycanlı oliqarx bildirib.
Ağalarov jurnalistin sualına cavab olaraq deyib ki, hələlik Rusiya XİN, yaxud digər strukturlar Trampla tanışlığına görə onunla əlaqə saxlayıb nəsə kömək istəməyiblər. «Fikrimcə mən Trampla işləyən tək adam deyiləm. Tramp bura 1980-ci illərdən gəlib-gedirdi və yəqin ki, məndən başqa da kimlərisə tanıyır» - iş adamı qeyd edib.
Bu arada ABŞ-ın «The Daily Beast» nəşri 2013-cü ildə «Dünya gözəli» müsabiqəsinin təşkili zamanı Trampla birlikdə olan moskvalı gözəlçə, iş adamı Yuliya Alferova ilə əlaqə saxlayıb. O deyir ki, Trampın Moskvada fahişələrlə əylənən yerdə çəkilmiş videogörüntülərinin olduğuna inanmır. «Mən əminəm ki, Trampın fahişələrlə heç bir videogörüntüləri yoxdur. O, Moskvada olanda hər xırda detala fikir verirdi, çünki nəzərə alırdı ki, bizim ölkələrimiz arasında ciddi gərginlik var» - Alferova bildirib.
Bəs birdən kimsə gələcək Amerika prezidentini izləyibsə və hansısa oteldə onun fahişələrlə görüntülərini çəkibsə onda necə olsun? Alferova əvvəlcə gözlərini döyür, sonra deyir: «Buna görə məsuliyyəti Trampın mühafizəçiləri daşımalıdır, biz yox».
2013-cü ildə Trampın Moskvada olarkən qaldığı «Ritz Carlton» otelinin trenajor zalına tez-tez baş çəkən jurnalist və elit tusovkalarda sayılıb-seçilən gözəlçə Kseniya Sokolova isə deyir ki, Trampın oteldə fahişələrlə əyləndiyinə inanmır. «Mən özüm Trampla «Ritz Carlton»da yatmamışam»-Sokolova deyir.
Lakin siyasi texnoloq , «Dojd» telekanalının aparıcısı Stanislav Belkovski bununla razılaşmır: «Yerli fahişələr deyirlər ki, Trampın fahişələrlə «qızıl yağış» orqiyası təşkil etməsi doğrudur...»