Kabab iyinə getdi…
İrəvanda heç kəsməyə eşşək tapmırlar, qaldı ki dağlamağa ...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Tarixə və mədəniyyətə kəsilən ölüm hökmü
Erməni nağılları ilə Hitleri ekstaza gətirən mistik hekayənin bağlılığı
-
Qərb müharibə ilə oynayır
Bu dəfə ermənilər “savaş əti” olacaq?
-
Leşyeyənlərin qardaşlığı
Ukraynanın işğalında Rusiya ilə birlikdə Ermənistan da iştirak edir
-
Vaşinqton Bakıya əlini, İrəvana dirsəyini uzadır
Birləşmiş Ştatlar Cənubi Qafqazda yeni geopolitik tərtibə başlayır
-
Biz nə etməliyik?
Dünya tarixindəki müharibələr yanlış açıqlamadan və hərəkətdən başlayıb
-
15-dən sonra daha 35 dollar
Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırır
-
“Hər şey ola bilər...”
“Tərəflərin əlində böyük sayda hərbi qüvvə, texnika var”
-
Vaşinqton görüşü niyə yubanır?
Ermənistan danışıqlar formatının genişlənməsini tələbi ilə Kremlin “əlinə oynayır”
-
Paşinyan özünü necə ifşa etdi?..
Biz ondan nə gözləyirdik və bir il ərzində o, nə edə bilərdi?
-
“Faktiki olaraq yoxdur”
“Paşinyan danışıqları dalana dirədi ...”
-
“Rusiya müharibəyə qatılmayacaq”
Ekspert: “Gümrüdəki baza Ermənistanı qoruyur”
-
“Ermənistan üçün böyük fəlakət olacaq”
“Vaşinqton Tayms” yeni müharibə riskindən yazdı
-
“Danışıq dili Madrid prinsipləridir”
Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması planı
-
“Ərazi mübadiləsi” gündəmə qayıdır?
“Unudulmuş köhnə” təzə qismində; Paşinyan dönəmində də danışıqlar iflas olarsa...
-
Danışıqlar üçün hansı platformanı götürək?
“Biz sadəcə, vasitəçiyik, qərarı tərəflər verməlidir!” bəyanatları bezdirib
-
“Ermənistana yol çəkilməsi faciədir”
Saakaşvili: “Bu İvanişvilinin təslim olmasıdır”
Cavid Orucov İrəvana kabab iyinə getmişdi, görüb orada ermənilər eşşək dağlayırlar. İndi geri dönmək həvəsinə düşüb… Qarnı acından quruldadıqca, qapılrda sülənməyi özünə həyat tərzi seçmiş, həyatı boyu arvad-uşağına müftə çörək arayan bu gədənin evləri, anası yadına düşüb. Hə, Ermənistandan sığınacaq almış Cavid Orucov Azərbaycana qayıtmaq istəyir, lakin çox nahaq. Hara istəyir sürüşüb gedə bilər, tək Azərbaycandan başqa. Xainləi hansi ölkə, hansı xalq sevir ki…
Ailəsi ilə birlikdə Ermənistanda sığınacaq almış Bakı sakini Cavid Orucov bizim nifrət bryerini aşa biləmi? Azərbaycana qayıtmaq arzusundadır… İşə bax! Üçüncü ölkəyə mühacirət etmək məqsədilə yanvar ayında həyat yoldaşı və üç kiçik yaşlı uşaqları ilə Gürcüstandan Ermənistan sərhədini keçən Cavid artıq peşman olub. Şərəfsizliyə qol qoyandan sonra…
Ermənistanda üzləşdiyi problemlər, daha doğrusu kasıbçılıq, işsizlik, pulsuzluq, pis yaşayış şəraiti və təhlükəsizliyin təmin olunmaması onu bu qərara gəlməyə vadar edib. Azərbaycanı, gözəl Bakını bəyənməyib Avropa ölkələrinin birində gözəl həyat arzusu ilə Ermənistana üz tutan Orucovlar ailəsinin gözləntiləri özünü doğrultmayıb.
Orucovlar ailəsi hal hazırda qaçqınlar yataqxanasında yaşayır və BMT Qaçqınlar Komissarlığının başqa ölkəyə köçürülməsi haqqında qərarını gözləyir. Cavid Orucov BBC Azərbaycancanın İrəvandakı müxbiri Aleksey Manvelyana müsahibəsində vəziyyətindən heç də razı olmadığını bildirib:
«Qaçqınlar üçün mərkəzdə yaşayırıq. Əsasən Suriyadan, Afrika ölkələrindən gələn qaçqınlardı burada. İrəvanda sərbəst gəzirəm yoldaşımla. Bir az qorxumuz var, cinayətkar xalqdan qorxuram. Bizim təhlükəsizliyimiz təmin olunmayıb burada. Qaçqın olaraq da heç bir yardım olunmur. Öz hesabıma dolanıram. Nə aylıq hesab görürəm, nə də bir qəpik. Bütün qaçqınlar öz hesablarına yaşayırlar. Kömək edən yoxdur. Qaçqınların məsələlərinə baxan idarəyə getdim, qapıdan içəri buraxmadılar. Belə yaşamaq çətindi. Belə getsə ailəmi Ermənistan hökumətinə tapşırıb, özüm Azərbaycana qayıdacam. Burada işləyə də bilmərəm. Ümumiyyətlə burada bizimlə maraqlananlar yoxdu. Hələ pasport da almamışıq…»
Ermənilər bu satqını İrəvanını ortasında təpiyin altına salmasalar onlardan bekara adam yoxdur.