«Rauf Mirqədirovun xəyanət ittihamı...»
Akif Nağıdan Leyla Yunusa sərt mesaj
Ayşən MÖNSÜMLÜ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Özümüzü vuran “yun çubuqları”
Qorxursunuz, yoxsa onunla razısınız?
-
Pənah Hüseyn və Akif Nağı saxlanıldı
Cəbhə xəttini keçdiklərinə görə …
-
Leyla Yunus Usubovla məxfi görüşdü, nələr danışdı…
«Mən onlara özümün beynəlxalq əlaqələrimdən istifadə edib hakimiyyətə işləməyi təklif etdim ...»
-
«Amerikalılar nankor millətdir»
Leyla Yunus: «30 illik təcrübəsi olan hüquq müdafiəçisinə Saxarov mükafatını vermədilər, dünənki uşağa nüfuzlu mükafat verirlər»
-
«Ərim satqındır!»
Leyla Yunus: «Di, atan sənə deyə bilər ki, qışqırmayasan, xahiş edirəm, mənə görə qışqır!»
-
Bu da azadlıqdakı əclaf
Leyla Yunus İŞİD-i Azərbaycana çağırır
-
«... De Ermənistana dəstək versinlər...»
«Əclafın» həbsxana məktublarından: «Ağlamaqdan çəkinmə, ... sadəlövh olma»
-
Leyla Yunus indi də Fransa məhkəməsi qarşısında
Məşhur vəkil Olivye Pardonun bir sualla məğlub etdiyi ermənipərəstlər sürüsü
-
«Leyla Yunusun dəbdəbəsi və yoxsulluğu»
Leyla Yunus: «Mən həmişə Mehriban Əliyevaya dərin hörmət bəsləmişəm»
-
Yunuslar Avropada oliqarx oldular
Dilənçi hüquq müdafiəçiliyindən milyonçuluğa
-
Gürcüstanda 98 vicdan məhbusu var
Azərbaycanın ən çətin siyasi dövründə belə bir il ərzində bu qədər insan həbsə atılmayıb
-
«Səhvini etiraf etmək böyüklükdür»
Leyla Yunus prezidentdən əfv diləyə bilər
-
Leyla Yunusa hücum olmayıb
Penitensiar Xidmət iddiaları təkzib etdi
-
«Məni intriqalara çəkməsinlər»
Vüqar Bayramlı siyasi məhbus yalanlarını ifşa etdi
-
Ramiz Mehdiyevə müraciət olundu
Cəbhəboyu kəndlərə xüsusi statusun verilməsi təklif edilir
-
Arif Yunusa 3 ay həbs verildi
Leyla Yunusun həyat yoldaşı dövlətə xəyanət və dələduzluqda şübhəli bilinir
«Rauf Mirqədirovun dövlətə xəyanətə ittiham olunmasına münasibət bildirmək çətindir. Çünki bizim əlimizdə faktlar yoxdu. Hər halda hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və onun işi ilə bağlı araşdırma aparılır».
Bu sözləri Modern.-az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı «Ayna -Zerkalo» icmalçısı Rauf Mirqədirovun həbsi ilə bağlı danışarkən bildirib.
A.Nağı vurğulayıb ki, QAT «xalq
diplomatiyası»nda hansısa formada iştirakın qəti əleyhinədir.
« Hesab edirik burada ən azından iki təhlükəli məqam var. «Xalq diplomatiyası»
xətti ilə Yerevana gedən jurnalistlərimizin, QHT nümayəndələrinin, rəsmi
nümayəndələrin bu səfərləri Ermənistanın maraqlarına cavab verir. Çünki,
kənardan beynəlxalq təşkilatların nəzərində belə bir fikir yaranır ki,
Azərbaycanla Ermənistan arasında heç bir problem yoxdur və əməkdaşlıq edirlər.
Təbii ki, bu da Azərbaycanın maraqlarına cavab vermir».
QAT sədrinin sözlərinə görə, belə
səfərlərin iştirakçılarının Ermənistan xüsusi xidmət orqanları tərəfindən
ələ alınması üçün çox münbit bir şərait yaradır.
«Səfər gedişində onları elə bir təhlükəli vəziyyətə sala, qorxuda, şəkil və
videolarla şantaj edə bilərlər. Ona görə də hesab edirəm ki, bu da Rauf
Mirqədirov məsələsi üzərinə müəyyən mənada aydınlıq gətirmək üçün əlavə bir
fakt kimi ortaya çıxır».
Akif Nağı Sülh və Demokratiya İnstitutunun
direktoru Leyla Yunusun ünvanına ittihamlar səslənidir.
«Mən Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla
Yunusun bu məslə ilə bağlı fəallığını müşahidə edirəm.
Amma mənə çox qəribə gəldi ki, Leyla xanım Rauf Mirqədirovu müdafiə etmək üçün özünü qabağa verərək günahkar olduğunu və həbs olunmasını deyir. Deyir ki, Rauf Mirqədirovun həbsi ermənilərlə alternativ münasibətlərin qarşısını alır. Bu nə deməkdir axı? Bu hansı məntiqə sığır? Ermənilərlə nə üçün alternativ görüşlər olmalıdır axı? Mən anlamıram bunu. Deməli bunlar açıq şəkildə Azərbaycanın deyil hansısa xarici qüvvələrin maraqlarına xidmət edirlər. Bu gün də özlərini elə təqdim eləmək istəyirlər ki, onlar ermənilərlə münasibət qurduqlarına görə, onlara qarşı təzyiqlər var».