vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
OLAY  
15:12 | 1 sentyabr 2018 | Şənbə Məqaləyə 3650 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pənah Hüseyn və Akif Nağı saxlanıldı

Cəbhə xəttini keçdiklərinə görə …

MÖVZU İLƏ ƏLAQƏLİ

Qarabağ döyüşçüsü, hüquqşünas Camal Əhmədovun “Yurduma qayıdıram” təşəbbüsünün həyata keçirilməsinə polis imkan verməyib. QAT mətbuat xidmətinin Modern.az-a verdiyi məlumata görə bu gün “Yurduma qayıdıram” təşəbbüsünə qoşulan bir qrup insan, o cümlədən Pənah Hüseyn, Akif Nağı, Camal Əhmədov, Şaiq Süleymanov, Şirxan Əliyev və digərləri cəbhənin Ağdam istiqamətində cəbhə xəttini keçərək işğal olunmuş ərazilərə daxil olmağa cəhd göstərib.

Toplanış üçün müəyyən edilmiş Təzəkənd, Təkçinar ərazisinə Pənah Hüseyn, Akif Nağı, Şaiq Süleymanov, Şirxan Əliyev çata biliblər, yerdə qalan insanlara həmin əraziyə yaxınlaşmağa imkan verilməyib.

Təşəbbüsə dəstək verənlər Tərtər, Ağdam, Bərdə polis idarələrinə aparılıb, onlardan yazılı izahat alınıb və bir neçə saatdan sonra sərbəst buraxılıblar.

QAT sədri, Qarabağ Komitəsinin üzvü Akif Nağı bildirib ki, təşəbbüs işğal olunmuş ərazilərin azad edilməsi, yurda qayıdış ideyasının təbliği baxımından əhəmiyyətlidir və bundan sonra da bu cür təşəbbüslər davam etdiriləcək.

Sabiq baş nazir, Qarabağ Komitəsinin üzvü Pənah Hüseyn xüsusi olaraq vurğulayıb ki, “Yurda qayıdış” ideyası vacibdir, təkcə məcburi köçkünlər tərəfindən deyil, bütün Aqzərbaycan xalqı tərəfindən dəstəklənməlidir.