«Ərim satqındır!»
Leyla Yunus: «Di, atan sənə deyə bilər ki, qışqırmayasan, xahiş edirəm, mənə görə qışqır!»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Özümüzü vuran “yun çubuqları”
Qorxursunuz, yoxsa onunla razısınız?
-
Leyla Yunus Usubovla məxfi görüşdü, nələr danışdı…
«Mən onlara özümün beynəlxalq əlaqələrimdən istifadə edib hakimiyyətə işləməyi təklif etdim ...»
-
«Amerikalılar nankor millətdir»
Leyla Yunus: «30 illik təcrübəsi olan hüquq müdafiəçisinə Saxarov mükafatını vermədilər, dünənki uşağa nüfuzlu mükafat verirlər»
-
Bu da azadlıqdakı əclaf
Leyla Yunus İŞİD-i Azərbaycana çağırır
-
«... De Ermənistana dəstək versinlər...»
«Əclafın» həbsxana məktublarından: «Ağlamaqdan çəkinmə, ... sadəlövh olma»
-
Leyla Yunus indi də Fransa məhkəməsi qarşısında
Məşhur vəkil Olivye Pardonun bir sualla məğlub etdiyi ermənipərəstlər sürüsü
-
«Leyla Yunusun dəbdəbəsi və yoxsulluğu»
Leyla Yunus: «Mən həmişə Mehriban Əliyevaya dərin hörmət bəsləmişəm»
-
Yunuslar Avropada oliqarx oldular
Dilənçi hüquq müdafiəçiliyindən milyonçuluğa
-
Gürcüstanda 98 vicdan məhbusu var
Azərbaycanın ən çətin siyasi dövründə belə bir il ərzində bu qədər insan həbsə atılmayıb
-
«Səhvini etiraf etmək böyüklükdür»
Leyla Yunus prezidentdən əfv diləyə bilər
-
Leyla Yunusa hücum olmayıb
Penitensiar Xidmət iddiaları təkzib etdi
-
«Məni intriqalara çəkməsinlər»
Vüqar Bayramlı siyasi məhbus yalanlarını ifşa etdi
-
Arif Yunusa 3 ay həbs verildi
Leyla Yunusun həyat yoldaşı dövlətə xəyanət və dələduzluqda şübhəli bilinir
-
«Xalqımız itkilərimizə təmkinlə yanaşdı»
Əli Həsənov: «İctimaiyyət cəbhədəki gərginliyə səbrli oldu və düzgün mövqe tutdu»
-
XİN-dən AB-yə cavab
«Leyla Yunus dövlətə xəyanətdə də ittiham olunur»
-
«Onun mövqeyi, statusu, yaşı imkan verir ki, ...»
Novella Cəfərova Xədicə İsmayıla qarşı bərk əsəbləşdi, bəyanat verdi
Tanınmış vəkil Elçin Qəmbərov hüquq müdafiəçisi Leyla Yunusun məhbəs həyatı barədə kitab yazıb. Həmin kitab «Leyla Yunusun parlaqlığı və yoxsulluğu» adlanır.
Hüquq müdaiəçisi və QHT rəhbəri L.Yunus əri Arif Yunusla birlikdə qrantların qarət edilməsi və vergidən yayınmada ittiham edilərək, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdilər, lakin sonradan Apellyasiya məhkəməsi cəzanı yumşaldaraq Yunusa şərti cəza verib. Azad edildikdən sonra hüquq müdafiəçisi əri Arif Yunusla birgə Azərbaycanı tərk edib.
Fəqət bir müddət sonra Yunus cütlüyü yenidən köhnə şakərinə qayıdıb – hökumətin və prezidentin siyasətini kəskin tənqid etməyə başlayıb. L.Yunus Qərbdə cəsur və qəhrəman dissident obrazında görünmək istəyir və özünü sovet totalitarizmi ilə mübarizə aparanlarla eyniləşdirir. Ən çox L.Yunus özünü əfsanəvi hüquq müdafiəçisi, Mordoviyanın həbsxanalarında dünyasını dəyişmiş, lakin bolşevik hakimiyyətinə boyun əyməmiş Marçenko ilə müqayisə edir.
Bəs Leyla Yunus kimdir? Həbsxanadan çıxmağı necə bacarıb? Hakimiyyətlə hansı razılaşmaya gedib? Öz vəkilinə və hökumət məmurlarına Qərb hökumətləri barədə nələr danışıb? E.Qənbərovun kitabı bütün bunları açıb göstərir və hüquq müdafiəçisinin qorxunc simasını ortaya qoyur. Leyla Yunus belə də deyir: «Hakimiyyət məni həbsxana yaramazına çevirmək istəyir. Mən yaramaz olmağa hazıram. Lakin azadlıqdakı yaramaz». Hakimiyyət L.Yunusa azadlıqda yaramaz olmağa fürsət verib.
Virtualaz.org L.Yunusun söhbətlərinin və məktublarının ən maraqlı hissələrinin, onun «hakimiyyətlə mübarizə yoldaşları» barədə dediklərinin dərcini davam etdirir. Yazının əvvəlini bu keçiddən oxuya bilərsiniz.
***
Vəkil Elçin Qəmbərov:
«Leyla üçün siyasi məhbuslardan kiminsə azad edilərək onun həbsxanada saxlanması dözülməz idi. Öz müstəsnalığını vurğulayaraq, onun üçün yolverilməz idi ki, kimsə azadlığa çıxsın, o isə yox. O, adının siyasi məhbusların ümumi siyahısında olmasını istəmir və arzulayır ki, adı xüsusi çəkilsin və beynəlxalq təşkilatlar prioritet olaraq yalnız onun azad edilməsini tələb etsinlər.
Bu məqsədlə o, məndən özü barədə məqalə yazmağımı xahiş etdi ki, vəziyyətinin məxsusiliyini vurğulayım: həbs edilənlərdən ən yaşlısı, ən xəstəsi, ən məşhur (hələ sovet vaxtlarından) hüquq müdafiəçisi və i.a. Mən onun istəyini nəzərə alaraq pafoslu bir məqalə yazdım. İctimaiyyətə müraciətlərindən birində Leyla belə sözlər yazmışdı – «həmkarımız Anatoli Marçenko». Sovet dissidenti A.Marçenko bütün sovet siyasi məhbuslarının azad edilməsi tələbi ilə aclıq elan etmiş və bunun nəticəsində ölmüşdü. Marçenko özünün azad edilməsini deyil, həmkarlarının azad edilməsini tələb edirdi. Bizim «insan hüquqları uğrunda mübariz» L.Yunus isə beynəlxalq təşkilatların nəzərinə çatdırır ki, onu deyil, başqalarını azad etsələr, bu düzgün olmayacaq və buna görə Azərbaycan hakimiyyətinə minnətdarlıq etməyə dəyməz. Yazıq Marçenko...
L.Yunusun qızı Dinaraya məktublarından:
«Anlayıram, çətinlik ondadır ki, indi çox siyasi məhbus var. Lakin atanla biz ən əməkdarları, ən xəstələriyik və bir ailəyik. Bu barədə danış»;
«Qorxuram ki, 28 maya qədər İ.Ə. (İlham Əliyev) siyasi məhbusların bir hissəsini azad edər, bizi isə yox! Bu azadetməyə görə Avropa parlamenti, Avropa Şurası ona minnətdarlıq edəcəklər. Hər dəfə de ki, bu düzgün deyil»;
«Ağlamaqdan çəkinmə. İndi içəridə çoxuq və sən başa salmalısan ki, atanla mənim səhhətimiz daha pisdir»;
«Çox qorxuram ki, indi Avropa Oyunları ərəfəsində hamı fəaldır və 28 mayda kimisə azad edəcəklər, biz isə qalacağıq».
Vəkil Elçin Qəmbərov:
«Mənimlə söhbətlərində L.Yunus dəfələrlə bu cür qorxusunu dilə gətirmişdi. Əsəbiləşirdi ki, hakimiyyət Hilal Məmmədovu («Tolışi Sədo» qəzetinin redaktoru) azad edəcək, buna görə alqışlar qazanacaq, onun məsələsi isə qeyri-müəyyən müddətə təxirə salınacaq. Fəqət bundan əvvəl L.Yunus dəfələrlə H.Məmmədovun azad edilməsi tələbi ilə çıxış etmişdi.
L.Yunusda olan tipi başqa heç kimdə görməmişəm. Onun eqosu hətta ailə üzvləri ilə müqayisədə belə önə çıxır. Misal üçün, əzab çəkirsə, təsəllini onda tapır ki, ətrafındakılar da əzab çəksin. Bir dəfə Dinaraya məktubumda yazmışdım ki, anasının səhhəti ilə bağlı narahat olmasın, bizim bu barədə danışdıqlarımız mətbuat üçündür. Güman edirdim ki, valideynsiz qalmış qız anasının özünü xəstəliyə vurmasından əzab çəkər. Bu məktub barədə Leylaya danışanda o əsəbiləşdi: «Qoy bilsin ki, mənə necə çətindir və daha fəal hərəkət etsin». Mən mütəəssir olmuşdum. Adətən, valideynlər öz uşaqlarını qoruyurlar, istəmirlər ki, əzab çəksinlər və narahat olsunlar, o ki ola olmayan xəstəliyə görə. Fikirləşdim ki, əgər doğma qızına qarşı belə qəddardırsa, öz «mən»indən başqa onun üçün müqəddəs heç nə yoxdur».
11.11.2015-ci il tarixli gündəlikdən:
«Leyla noyabrın 6-da Penitensiar Xidmətin rəisi vəzifələrini icra edən H.Əlixanovla 3 saatlıq görüşü barədə danışdı. Əlixanov ona demişdi ki, Arif aclığa başlayıb, qida və dərmanlardan imtina edib. Onun sözlərinə görə, hakimiyyət narahat olub və Əlixanov ona eyham vurub ki, Arif azadlığa buraxılacaq. L.Yunus Əlixanova cavab verib ki, Arifi onsuz azad etsələr, səs-küy qaldıracaq və qalmaqal yaradacaq. Mən soruşdum ki, hakimiyyət qarşısında bütün sirlərini niyə açırsınız ki? Belə olan halda Arifi buraxmaya da bilərlər. Yaxşı olmazdımı ki, Arif azadlığa çıxsın və onun azad edilməsi uğrunda kampaniyaya başlasın, axı aclıqdan ölə də bilər.
O cavab verdi: «Mənim ərim oğraş deyil, arvadını həbsxanada qoymaz, bundan savayı, Arif aclıq barədə çox kitab oxuyub və onu səhhətə daha az ziyan vurmaqla necə keçirməyi bilir». Məəttəl qaldım. Axı o faktiki olaraq ərini satdı ki, baxın, Arifi mənsiz buraxsanız, hakimiyyəti nə gözləyir. Bir daha əmin oldum ki, Leyla eqoist adamdır və onun üçün yaxınlarının həyatı heç bir əhəmiyyətə malik deyil. O, faktiki olaraq Arifin onsuz azadlığa çıxmasını istəmir. Leyla dedi: «Bu vəziyyətdə hakimiyyətə təzyiq etmək lazımdır, belə ki, əgər onlar Arifin ölməyindən qorxurlarsa, problemi həll etmək istəyirlərsə, yalnız ikimizi də azad etməlidirlər». Dedim ki, Arifin azad edilməsi onun azad edilməsinin başlanğıcıdır – beynəlxalq təşkilatlar hakimiyyətə minnətdarlıq edəcəklər və s.». Leyla cavab verdi ki, o Ariflə bir yerdə azad edilməsə, heç bir minnətdarlıq olmamalıdır. Mən artıq belə bir tendensiyaya fikir vermişdim: vəziyyət ümidsiz və ağırdırsa, L.Yunus xahiş edir, yalvarır, şans yaranan kimi isə şərtlərini diktə edir və özünü həyasızcasına aparır».
A.Yunus barəsində qəti-imkan tədbiri dəyişdirildikdən və o azadlığa çıxandan sonra L.Yunus sakitləşmək bilmirdi və onu satqın adlandırmışdı. Onu bacardığım qədər sakitləşdirməyə çalışırdım – «Arif kamerada qapana və azadlığa çıxmaqdan imtina edə bilməz axı. Bu onun özəl köşkü deyil».
L.Yunusun qızına 17.11.2015-ci il tarixli məktubundan:
«Di, sən indi daha çox qışqırmalı və məhz ABŞ və Avropa İttifaqına təzyiq etməlisən. Di, atan sənə deyə bilər ki, qışqırmayasan, onu qorxudublar. O inanır ki, sakitliyi ilə mənə kömək edir, lakin bu belə deyil. Di, məni xilas etmək istəyirsənsə, qışqır!! ABŞ KİV-lərinə açıq məktub yaz ki, atamı buraxıblar ki, anamı məhv etsinlər! Di, xahiş edirəm, mənə görə qışqır! Sən əvvəlki kimi qışqırıb mənim azadlığımı tələb edəcəksən? Di, sən susmayacaqsan ki?!»
L.Yunusun qızına 20.11.2015-ci il tarixli məktubundan:
«Təcili belə bir xəbər hazırla və Nulanda (Viktoriya Nuland, ABŞ dövlət katibinin müavini), Malinovskiyə (Tom Malinovski, insan hüquqları üzrə ABŞ dövlət katibinin köməkçisi), ABŞ Senatına, jurnalistlərə, Meydan TV-yə və başqalarına yolla. «Arifin Leyla Yunussuz azad edilməsi ona nəinki rahatlıq gətirmədi, əksinə. Azadlıqda ikən və anlayaraq ki, xəstə arvadı həbsxanadadır, Arif rahat ola bilməz və bunun nəticəsi olaraq təzyiqi kəskin qalxır. İkinci insult ola bilər. Leylanın necə əzaba düçar edildiyini bildiyindən, o özünə gələ bilmir. L.Yunus isə mədəsini və bağırsağını itirib. Orqanizm heç bir qidanı qəbul etmir. Hər yeyəndən sonra ishal olur. Onu əmək qabiliyyəti olmayan əlilə çevirirlər».
Bu da L.Yunusun A.İsazadəyə 17.11.2015-ci il tarixli məktubu – burada o menyu sifariş edir:
«Yemək: kotletlər, yengəc çubuqları, 3 qutu istəyirəm, bir az toyuq, vetçina, meyvə, süd, banan, nar, alma, naringi, quru çörək, yoqurt, pendir, qatıq, fruktozalı şokoladda marmelad jele, tort, paxlava».
Bu da qida qəbul etməyən, mədəsini və bağırsağını «itirmiş» orqanizm. Düşünürəm ki, başqa şərhə ehtiyac yoxdur. Bunu elə-belə yazdım, sözgəlişi.
(ardı var)