Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
22:19 | 4 iyul 2025 | Cümə
Məqaləyə 366 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Starmerdən sonra kim gələ bilər?
Seçkilərdə Leyboristlərin verdiyi ağır itkiləri “Reform”çular ələ keçirdi
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Fransa polisi miqrantlara qarşı yeni “strategiya” hazırlayıb. Asayiş keşikçiləri La-Manş boğazını keçməsinin qarşısını almaq istədikləri şişmə qayığı bıçaqla deşib. Bunun bir ilk olduğu bildirilib.
Bu kontekstdə Fransanın dəniz qanunvericiliyinə ediləcək dəyişikliyin miqrantların boğazı keçməsinin qarşısını almaq üçün aidiyyatı orqanlara daha çox səlahiyyət veriləcəyini nəzərdə tutduğu və polisin son hərəkətinin bu dəyişikliyin öncülü olduğu bildirilib.
“The Times” qəzetində yer alan xəbərə görə, qanun dəyişikliyini həyata keçirməyə hazırlaşan Fransa polisi bu gün səhər saatlarında “xaotik səhnələr”in yaranmasına səbəb olub. Polis miqrantların suda olarkən minməyə çalışdıqları şişmə qayığı bıçaqla deşib.
Qəzetin əldə etdiyi məlumata görə, bu, Fransada müvafiq qanun dəyişikliyinin ilkin əlamətidir. Qanuna edilən dəyişiklik “Compagnie de Marche” xüsusi polis bölməsinin əməkdaşlarına miqrant qayıqlarının kanaldan keçməsinin qarşısını almaq üçün dayaz sulara girməyə imkan verəcək. “Taktika” ilə tanış olan mənbə “The Times” qəzetinə bildirib ki, polis məmurları “bu dəyişikliyə hazırlaşır”. Fransada ictimai asayişi təmin etmək üçün xüsusi səlahiyyətlərə malik olan və vətəndaş iğtişaşlarını yatırmaq üçün təlim keçmiş bölmə yeni qanunun miqrantların keçidinin qarşısını almaq üçün ən təsirli vasitə sayır. Polisin yeni qanunun necə həyata keçiriləcəyinə dair təlimatı yekunlaşdırdığı bildirilir.
Fransa prezidenti Emmanuel Macron və daxili işlər naziri Bruno Retayounun bu taktikaları bu ayın sonunda tətbiq etməzdən əvvəl gələn həftəki Böyük Britaniya-Fransa sammitində təqdim edəcəyi gözlənilir.
BBC-nin ilk dəfə xəbər verdiyi dənizə “müdaxilə” ilə bağlı ilk açıqlama verən Böyük Britaniyanın daxili işlər naziri İvette Kuper bu addımı alqışladığını deyib. “Radio 4”ün bugünkü proqramında danışan Kuper, "Bu fərqli bir strategiyadır; Fransa polisinin dayaz sularda hərəkətə keçməsi xoşdur, lakin biz daha genişmiqyaslı tədbirlər istəyirik”, – deyib.
Qəzetin paylaşdığı məlumata görə, 2025-ci ilə qədər İngiltərəyə kiçik qayıqlarla 20 min 600 miqrant gəlib. Bunun ölkə üçün rekord göstərici olduğu və miqrant sayının əvvəlki ilə nisbətən 51 faiz artdığı bildirilib.