vaxtlı-vaxtında oxuyun! Cümə, 4 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
“Rusiya Ukraynada kimyəvi silahdan istifadə edir” 14:55 | 4 iyul 2025 | Cümə Məqaləyə 18 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Rusiya Ukraynada kimyəvi silahdan istifadə edir”

İki ölkənin kəşfiyyat strukturları əllərində fakt olduğunu iddia edir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Hollandiyanın müdafiə naziri Ruben Brekelmans və hərbi kəşfiyyat rəhbəri Peter Rizink iddia ediblər ki, kəşfiyyatında Rusiyanın Ukraynada qadağan olunmuş kimyəvi silahlardan geniş şəkildə istifadə etdiyinə dair sübutlar var. Alman kəşfiyyatı da Rusiyanın kimyəvi silahdan istifadəsinin artdığını iddia edib.

“Reuters” xəbər agentliyinə danışan iki Hollandiya dövlət xadimi, qadağan olunmuş silahlar arasında əsgərləri səngərlərindən çıxarıb vurmaq üçün istifadə edilən “boğucu” maddənin olduğunu və sözügedən maddənin pilotsuz təyyarələrdən atıldığını iddia edib. Hollandiyanın müdafiə naziri Brekelmans Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.

“Əsas nəticə ondan ibarətdir ki, biz təsdiq edə bilərik ki, Rusiya kimyəvi silahdan istifadəni gücləndirir”, - nazir Brekelmans müsahibəsində deyib. Bu intensivləşmənin narahatlıq doğurduğunu bildirən Brekelmans, “narahatedicidir, çünki bu, illərdir müşahidə etdikləri tendensiyanın bir hissəsidir və Rusiyanın bu müharibədə kimyəvi silahdan istifadə etməsi normal, standart və geniş yayılıb”, – dedi.

İddialara görə, Hollandiya kəşfiyyatı Rusiyanın ilk dəfə I Dünya Müharibəsi zamanı Almaniyanın istifadə etdiyi, hazırda qadağan olunmuş “xloropikrin” maddəsini istifadə etdiyinə dair tapıntılar əldə edib.

Hollandiya Hərbi Kəşfiyyat İdarəsinin (MIVD) rəhbəri Rizink, onların nəticələrinin öz müstəqil kəşfiyyatlarına əsaslandığını bildirib: “Beləliklə, biz araşdırmalarımıza əsaslanaraq bunu özümüz müşahidə etdik”.

“Reuters” xəbər agentliyi Rusiya-Ukrayna müharibəsində heç bir tərəfin qadağan olunmuş kimyəvi maddələrdən istifadə etdiyini müstəqil şəkildə təsdiq edə bilməyəcəklərini bildirib.

ABŞ həmçinin Rusiyanı ötən il keçmiş prezident Co Baydenin dövründə xloropikrin istifadə etməkdə ittiham edib. Ukrayna həmçinin Rusiyanın kimyəvi silahdan istifadə etdiyi minlərlə hal olduğunu iddia edib.

Rusiya Müdafiə Nazirliyi hələlik bu xəbərə dair şərh sorğusuna cavab verməyib, halbuki Rusiya daha əvvəl qeyri-qanuni döyüş sursatından istifadə iddialarını təkzib edib və eyni ittihamı Ukraynaya qarşı səsləndirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iki gün qabaq Federal Təhlükəsizlik Xidmətinin ölkənin şərqində tərkibində xloropikrin olan partlayıcı maddələrin ələ keçirildiyini iddia edib. Ukrayna bu cür ittihamları rədd edib.

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (OPCW) də keçən il iki tərəfin bir-birinə qarşı irəli sürdüyü ittihamların kifayət qədər əsaslandırılmadığını bildirib. İddialarla bağlı araşdırma aparmaq üçün agentliyə müraciət edilməyib.

Hollandiyanın müdafiə naziri Brekelmansın sözlərinə görə, azı üç ukraynalının ölümü kimyəvi silahdan istifadə ilə bağlıdır. 2500-dən çox insan döyüş meydanında yaralandıqdan sonra kimyəvi silahla bağlı simptomlar olduğunu bildirib.

Rusiyanın kimyəvi silahdan istifadəsini artırmasının təkcə Ukrayna üçün deyil, digər ölkələr üçün də təhlükə yaratdığını bildirən Brekelmans, “Təzyiqləri artırmalıyıq. Bu, daha çox sanksiyaları düşünmək və (Rusiyanın) OPCW İcraiyyə Şurası kimi beynəlxalq təşkilatlarda olmasına imkan verməmək deməkdir”, –  deyib. O, həmçinin açıqlamasında kimyəvi silahdan istifadə edilən minlərlə insident olduğunu, Ukraynada isə 9 min hadisənin olduğunu bildirib.

Kəşfiyyatın tapıntılarının bu gün məktubla Hollandiya parlamentinə təqdim ediləcəyi gözlənilir.

Hollandiya ordusu və ümumi kəşfiyyat orqanları xarici tərəfdaşlarla apardıqları iş nəticəsində Rusiyanın kimyəvi silah istehsalının intensivləşdiyinə dair konkret sübutlar tapdıqlarını iddia ediblər.

Rizinkin açıqlamasına görə, bunlara tədqiqat imkanlarının artırılması və kimyəvi silahların hazırlanması üçün alimlərin işə götürülməsi daxildir. Rusiya hakimiyyətinin əsgərlərə zəhərli döyüş sursatlarından istifadə göstərişi verdiyini də iddia edən Rizink, bütün bunların geniş miqyaslı proqramın bir hissəsi olduğunu iddia edib: “Bu, əlbəttə ki, narahatlıq doğurur, çünki bunu açıq şəkildə bildirməsək və ictimailəşdirməsək, bu tendensiyalar çox güman ki, davam edəcək”.

Rizink Rusiya silahlı qüvvələrinin kimyəvi silahdan istifadəsinin demək olar ki, rutin bir prosedur olduğunu iddia edib: “Biz xloropikrin istifadəsini əldəqayırma sursatlarla, xüsusən də pilotsuz təyyarələrdən endirilən doldurulmuş ampulalar və boş şüşələrlə əlaqələndirdik. Gözyaşardıcı qaza gəlincə, onların da sui-istifadə və qazdan maşın kimi istifadə etdiyini görürük”.

Xloropikrin OPCW tərəfindən qadağan edilmiş boğucu maddədir və məruz qaldıqda dəri, göz və tənəffüs sistemini qıcıqlandırır. Onun təsirlərinə nəfəs almaqda çətinlik və nəfəs darlığı daxildir.

Digər tərəfdən Almaniyanın xarici kəşfiyyat təşkilatı BND də Rusiyanın Ukraynada kimyəvi silah istifadəsini artırdığını iddia edib. BND-nin bəyanatında deyilir ki, Rusiya təkcə gözyaşardıcı qazdan deyil, həm də qapalı ərazilərdə yüksək miqdarda məruz qaldıqda öldürücü ola biləcək xloropikrin adlı daha təhlükəli maddədən istifadə edir.

“Bu, Kimyəvi Silahlar Konvensiyasının daha ciddi pozuntusudur, hansı ki, bütün hallarda ağciyərlərə yönəldilmiş döyüş materiallarının istifadəsini qadağan edir”, – BND-nin bəyanatında deyilir.