
Oturacaq davası
Geniş kreslo tələb edən sərnişin təyyarədən endirildi
Geniş kreslo tələb edən sərnişin təyyarədən endirildi
Qan dövranında problemlər yarana bilər
Uçuş dayanmayanda ayağa qalxan sərnişinlərə cəza
II Dünya müharibəsinin ən bahalı silahı
Bəxşişlər artır, cəzalar sərtləşir
Avropada qatar biletləri təyyarədən 26 dəfə bahadır
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Uçuş zamanı uzanan təyyarə istismardan niyə çıxarıldı
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
... Sosial şəbəkədə etirazlar yağdı
Sərxoş sərnişin qandaldan xilas oldu, təyyarə təcili eniş etdi
“EasyJet” pilotunu tanıyan sərnişinlər hava yollarına şikayət etdi
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
“F-2A”nın pilotu xilas edildi
ABŞ-da yüzlərlə təyyarənin gecikməsi, onlarla reysin ləğvi minlərlə sərnişinə təsir etdi
Puerto-Rikodan ABŞ-ın Texas ştatına uçan sərnişin təyyarəsi bir sərnişin başqa bir sərnişinin mobil telefonunda üç hərfdən ibarət mesajı bomba təhlükəsi kimi qəbul etdikdən sonra geri dönmək məcburiyyətində qalıb. Həqiqət sonradan üzə çıxdı.
“The New York Post”un məlumatına görə, American Airlines şirkətinə məxsus təyyarə paytaxt San-Xuandan ABŞ-ın Texas ştatının Dallas şəhərinə uçurdu. Dünən səhər saatlarında havaya qalxan təyyarə təxminən yarım saat sonra ABŞ-a çatmadan Puerto-Rikonun Ada-Verde şəhərində məcburi eniş edib.
Təcili eniş bir sərnişinin telefonuna göndərilən və başqa bir sərnişin tərəfindən yanlış şərh edilən mətn mesajı səbəbindən baş verib.
Sərnişin başqa bir sərnişinin telefonunda “RIP” (rahat yat) mesajını görəndə, təyyarə üçün təhlükə olduğunu düşünərək kabin heyəti ilə danışıb. Təyyarə bomba təhlükəsi şübhəsi ilə Dallasa çatmamış yerə enib.
Puerto-Riko səlahiyyətliləri hadisədən sonra mesajı alan sərnişini sorğu-sual edib. Sorğu zamanı məlum olub ki, sərnişin bir gün əvvəl yaxın adamını itirib və bu səbəbdən Dallasa gedib.
Partlayıcı Maddələr və İctimai Təhlükəsizlik Bürosu da bildirib ki, təyyarə üçün heç bir təhlükə yoxdur. Daha sonra təyyarə yenidən Puerto-Rikodan havaya qalxıb və bu gün Texasa çatıb. Aviaşirkət qəzetin şərh sorğusuna cavab verməyib.