vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TURİZM, NƏQLİYYAT  
Təyyarələrdə baqaj ölçüləri artır 18:37 | 4 iyul 2025 | Cümə Məqaləyə 16 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təyyarələrdə baqaj ölçüləri artır

20 faiz və ya 4 litr

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropada ucuz uçuşları ilə tanınan Ryanair sərnişinlərin xeyrinə kabin baqajı qaydalarında əhəmiyyətli dəyişiklik edir. Şirkət əl baqajı üçün icazə verilən pulsuz ölçüləri artırır. Yeni qayda yaxın həftələrdə qüvvəyə minəcək. Bu təcrübənin digər aviaşirkətlər üçün də nümunə olacağı gözlənilir.

Şirkətin açıqlamasına görə, hazırda 40x25x20 sm olan pulsuz baqajının ölçüsü 40x30x20 sm-ə qədər çatdırılacaq. Beləliklə, baqajın həcmi 20 litrdən 24 litrə qədər artacaq.

Sərt qaydaları və əlavə ödəniş tətbiqləri ilə tez-tez tənqid olunan “Ryanair”in bu addımı hava yollarının baqaj ölçüləri ilə bağlı ümumi standarta çatmaq səylərinin bir hissəsi kimi qəbul edilir.

Bu dəyişiklik Avropa Komissiyasının Nəqliyyat Departamenti ilə aviaşirkətlər arasında aparılan danışıqların nəticəsi olan 40x30x15 sm minimum baqaj ölçüsü qərarından sonra baş verib. “Ryanair” tərəfindən müəyyən edilən yeni ölçü bu minimumu keçir.

“Ryanair” verdiyi açıqlamada, “Biz əl baqajının ölçülərini 40x30x20 sm-ə qədər artırırıq. Bu, şirkətiin baqaj limitini Avropa standartından yuxarı qaldıracaq”, – deyib. Dəyişikliyin bir neçə həftədən sonra qüvvəyə minəcəyi bildirilib.

Aviaşirkətlər sənayesinin aparıcı assosiasiyalarından biri olan Airlines for Europe (A4E) müxtəlif şirkətlər arasında ölçülərin çaşqınlığına son qoymaq və sərnişinlər üçün rahatlığı təmin etmək üçün vahid baqaj standartının tətbiqini dəstəkləyir.

A4E baş direktoru Ourania Georgoutsakou, bu tətbiqin Avropadakı sərnişinlər üçün daha çox aydınlıq təmin edəcəyini deyib.

Bununla belə, “Ryanair” və “EasyJet” kimi şirkətlər Avropa Parlamentinin keçən ay hər bir sərnişinə iki ədəd əl yükü daşımasına icazə verilməsi qərarına qarşı çıxır. Bu şirkətlər belə bir tələbin praktikada icra edilə bilməyəcəyini iddia edirlər.