Hava yolları yumurtadan yun qırxır
“Yaxında təyyarədə nəfəs almaq da əlavə ödənişli olacaq”
            					
            	
                08:56 | 5 avqust 2025 | Çərşənbə axşamı
                Məqaləyə 512 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                “Yaxında təyyarədə nəfəs almaq da əlavə ödənişli olacaq”
                                Geniş kreslo tələb edən sərnişin təyyarədən endirildi
                                Qan dövranında problemlər yarana bilər
                                Uçuş dayanmayanda ayağa qalxan sərnişinlərə cəza
                                II Dünya müharibəsinin ən bahalı silahı
                                Bəxşişlər artır, cəzalar sərtləşir
                                Avropada qatar biletləri təyyarədən 26 dəfə bahadır
                                Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
                                Uçuş zamanı uzanan təyyarə istismardan niyə çıxarıldı
                                Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
                                ... Sosial şəbəkədə etirazlar yağdı
                                Sərxoş sərnişin qandaldan xilas oldu, təyyarə təcili eniş etdi
                                “EasyJet” pilotunu tanıyan sərnişinlər hava yollarına şikayət etdi
                                Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
                                Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
                                “F-2A”nın pilotu xilas edildi
Almaniyada istehlakçı hüquqlarının müdafiəsi ilə məşğul olan “Almaniya İstehlakçı Mərkəzləri Federasiyası” (“vzbv”), əl yükünə görə haqsız ödəniş alan üç ucuz hava yolu şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Qurum, “EasyJet”, “Wizzair” və “Vueling” aviaşirkətlərini istehlakçıları çaşdırmaqda və uçuş bileti qiymətlərinə əlverişli ölçülü əl yükünü daxil etməməkdə ittiham edir.
“vzbv” tərəfindən yayılan açıqlamada bildirilib ki, “Ryanair” də daxil olmaqla, ümumilikdə 7 hava yolu şirkətinə xəbərdarlıq göndərilib. Lakin yalnız “EasyJet”, “Wizzair” və “Vueling” barəsində birbaşa hüquqi proses başladılıb. Qeyd olunub ki, məhkəmə prosesləri hazırda davam edir.
Əsas şikayətlərdən biri odur ki, bu şirkətlər tərəfindən tətbiq olunan əlavə ödəniş siyasəti səbəbilə sərnişinlər yalnız çox kiçik ölçülü çanta daşıya bilirlər. Daha iri və ya ikinci bir əl yükü üçün isə əlavə pul ödənilməsi tələb olunur. Avropa miqyasında milyonlarla sərnişin bu praktikalardan təsirlənir.
“vzbv” məhkəməyə təqdim etdiyi iddiada, Avropa Ədalət Məhkəməsinin (ABAD) 2014-cü ildə çıxardığı qərarı əsas götürür. Həmin qərara görə, mümkün ölçü və çəkidə olan əl yükü uçuşun ayrılmaz hissəsidir və buna görə də əlavə ödəniş tələb olunması qanunsuz sayılır.
Həmçinin, əl yükü təhlükəsizlik qaydalarına uyğun olduqda hava yolu şirkətləri tərəfindən ödənişsiz daşınmalıdır.