vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 22 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TURİZM, NƏQLİYYAT  
Aviaşirkətlərdən kütləvi şikayət 20:54 | 21 may 2025 | Çərşənbə Məqaləyə 12 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aviaşirkətlərdən kütləvi şikayət

Əl baqajına əlavə rüsum barədə Avropa Komissiyasına müraciət edildi

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropanın aparıcı istehlakçı assosiasiyaları bəzi ucuz hava yollarının əl yükü siyasətindən Avropa Komissiyasına şikayət edərək onları “qanunsuz və hədsiz” adlandırıb. Bildirilib ki, şirkətlər 280 avroya qədər rüsum tələb edirlər.

Fransada yerləşən “UFC-Que Choisir” və “CLCV” kimi böyük istehlakçı assosiasiyaları da daxil olmaqla 15 Avropa ölkəsinin nümayəndələri “EasyJet”, “Norwegian”, “Ryanair”, “Transavia”, “Volotea”, “Vueling” və “Wizzair” kimi ucuz hava yollarına qarşı Avropa Komissiyasına şikayət ediblər.

İstehlakçılar birlikləri bu şirkətlərin əl yükü üçün lazımsız və həddindən artıq rüsumlar aldıqlarını və bunun Avropa Birliyinin qanuni qaydalarına zidd olduğunu iddia edirdilər. 2014-cü ildə Avropa Ədalət Məhkəməsinin qərarını xatırladan UFC, “Əl yükü münasib ölçüdə və çəkidə olarsa, bu xidmət üçün heç bir əlavə haqq tutula bilməz”, – deyib.

***

Assosiasiyaların apardığı araşdırmalara görə, bəzi aviaşirkətlər hətta kiçik əl yüklərini belə “böyük” kateqoriyaya salır və əlavə ödənişlər tətbiq edirlər. Bu ödənişlər bunlardır:

“Ryanair” üçün 36 Avro,

“EasyJet”də təxminən 43 Avro,

“Vueling”də, şərtlər yerinə yetirilməsə, 280 avroya qədər çıxa bilər.

Baqaj ölçüləri ilə bağlı şirkətlər arasında ciddi uyğunsuzluğun olması, hər bir şirkətin fərqli limit təyin etməsi ilə bağlı tənqidlər də var.

***

“UFC-Que Choisir” və “CLCV” Avropa Komissiyasına, eləcə də Fransadakı Rəqabət, İstehlakçı və Fırıldaqçılığa Nəzarət Baş Direktorluğuna (DGCCRF) müraciət edərək, bu təcrübələrin bütün Avropa miqyasında araşdırılmasını və qeyri-qanuni təcrübələrin təqib olunmasını tələb ediblər.

Bu kollektiv təşəbbüs həm də AB institutlarında sərnişin hüquqlarının tənzimlənməsi üzrə davam edən danışıqlarla üst-üstə düşür. UFC-yə görə, bu danışıqlar “biletin baza qiymətinə daxil edilməli olan xidmətləri aydınlaşdırmaq” üçün bir fürsətdir.