Berlin mərkəzində çəkiclə işgəncə
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
15:14 | 4 iyul 2025 | Cümə
Məqaləyə 110 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
Rusiya-Ukrayna müharibəsi 3 ildən artıqdır davam edərkən, NATO ölkələri müdafiə qabiliyyətini artırmaq üçün müxtəlif addımlar atmağa davam edir. Almaniyanın bu çərçivədə ölkədəki ehtiyat əsgər sayını artırmaq üçün 6 aylıq könüllü hərbi xidmət planını həyata keçirəcəyi iddia edilib.
“Reuters” xəbər agentliyinə danışan mənbələr Almaniyanın hərbi xidmət planı çərçivəsində əsgərlərə 6 ay sadə tapşırıqlar üzrə təlim veriləcəyini bildirib. Könüllüliyə əsaslandığı bildirilən bu planın həyata keçiriləcəyi təqdirdə Almaniyanın hazırda 100 min olan təlim keçmiş ehtiyat əsgərlərinin sayını iki dəfə artıra biləcəyi düşünülür. Almaniya Müdafiə Nazirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib.
***
Digər tərəfdən Almaniyadakı Xristian Demokrat-Sosial Demokrat koalisiya hökumətinin hərbi xidmətlə bağlı bu və buna bənzər addımları iş dünyasında narahatlıqla qarşılanır.
“Financial Times” (FT) qəzetinə görə, Alman ordusunun yeni əsgərlər cəlb etmək səyləri kadr tapmaqda çətinlik çəkən müəssisələrdə narahatlıq yaradıb. Düşünülür ki, məcburi hərbi xidmət və ya oxşar sistem tətbiq olunarsa, bu, əmək bazarında rəqabəti artıra bilər.
Qəzetə danışan biznes nümayəndələri Almaniya ordusunu gücləndirmək səylərini dəstəklədiklərini, lakin məcburi hərbi xidmət kimi sistemə qayıtmağın onsuz da ixtisaslı kadr tapmaqda çətinlik çəkən şirkətlər üçün yeni problem yaradacağını bildiriblər.
Ölkənin ən böyük işəgötürən təşkilatı olan BDA-nın direktoru Steffen Kampeter, bu kritik təhlükəsizlik vəziyyətində Almaniyanın silahlı qüvvələrini gücləndirmək səylərini alqışladıqlarını, lakin ordunun mülki kadr tələbi ilə rəqabət apara biləcəyini deyib: "Bəli, daha fəal əsgərlərə ehtiyacımız var. Bəli, ehtiyat sistemini genişləndirməliyik. Ancaq bunu yalnız güclü iqtisadiyyat mümkün edə bilər".
OECD məlumatlarına görə, işsizliyin rekord həddə olduğu və iş saatlarının ən qısa olduğu Almaniyada hökumət iqtisadiyyatı stimullaşdırmaq üçün iş saatlarını uzatmağı hədəfləyir, eyni zamanda bunun səhiyyə, təhsil və mühəndislik kimi sektorlarda ixtisaslı kadr çatışmazlığını da aradan qaldıracağına ümid edilir.
Kampeterin fikrincə, silahlı qüvvələr işçilər üçün rəqabəti artırarsa, bu səylər daha da vacib ola bilər. “Əgər lazımi kadrlar bizdən alınarsa, bu o deməkdir ki, həftəlik iş saatları, iş ömrünün uzunluğu və yarımgünlük işçilərin əmək bazarına daha yaxşı inteqrasiyası kimi məsələlər daha da aktuallaşacaq”, – Kampter bildirib.
Digər tərəfdən, ötən il Münhendəki İfo İnstitutunun apardığı araşdırma göstərib ki, məcburi hərbi xidmətin həyata keçirilməsi əvəzinə, könüllü hərbi xidmət proqramını daha cəlbedici etmək üçün pul xərcləmək daha yaxşı olardı.
Almaniya Maliyyə Nazirliyinin sifarişi ilə aparılan araşdırmada məcburi hərbi xidmət modelinin ölkə üçün yüksək iqtisadi xərclərə səbəb olacağı və insanların işə və ya təhsilə girişini gecikdirərək maddi vəziyyətinə təsir edəcəyi barədə xəbərdarlıq edilib.