Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
09:41 | 5 iyul 2025 | Şənbə
Məqaləyə 281 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Ukrayna ilə müharibə fonunda Rusiya rəhbərliyi güc nazirliklərinə nəzarəti itirib. Artıq FTX və Daxili İşlər Nazirliyi özbaşına reydlər təşkil edir, order olmadan evlərə soxulur, onların istəklərini yerinə yetirməyənləri öldürürlər. Belousovun müdafiə naziri postuna təyin edilməsindən sonra məlum oldu ki, orduda korrupsiya halları mövcuddur. Generallar korrupsiya bataqlığında ölkənin müdafiə potensialını zəiflədiblər. Və çox güman ki, FTX və Daxili işlər nazirliyində də korrupsiya halları mövcuddur, üstəlik nazirlər oliqarxları tavana oturtmağa çalışırlar. Qeyri-rəsmi məlumata görə Daxili işlər naziri oliqarxlara nəyisə bölüşə bilmir, xüsusilə Qod Nisanov və digər azərbaycanlı biznesmenlərlə.
Güc nazirlikləri Putini tam əmin ediblər ki, bütün bu reydlər, yoxlanışlar cinayətkarlığın aradan qaldırılması üçündür. Bəs oliqarxlar xarici kəşfiyyatla əlaqəyə girib ölkədə terror törətməyə hazırlaşırlar və biz nazirlər olmasaq, ölkədə çevriliş baş verər.
Nə qədər KQB generalı olursa-olsun. Putinin ətrafında etibarlı adamlar azalıb, inam halqası daralıb. Üstəlik, mafiya çetesinin birliyi informasiyaların ona düzgün çatıb çatmamasını da şübhə altına alır.
Yekaterinburq hadisəsində 3 məziyyət mümkündür:
1. Güc nazirliklərinin (Müdafiə nazirliyini çıxmaq şərtilə) varlanma istəyi, kölgədə ölkəni idarə etmək planı.
2. Güc nazirliklərinə sızan xarici kəşfiyyatın Rusiyanı başqa ölkələrlə münasibətini pisləşdirmək, bununla da təcrid cəhdi.
3. Putinin regiondakı hadisələrdə iştirak etməməsi, Cənubi Qafqazda daha ona əhəmiyyət verilməməsindən qıcıqlanması, Azərbaycana dırnaqarası dərs verməsi.
Dünəndən şovinist təbliğatçılar nəyə görəsə, ritorikanı dəyişib Daxili İşlər Nazirliyi və FTX-ya mətnaltı atmacalar atırlar ki, Yekaterinburq reydinin məqsədi nə idi?
İstənilən halda Azərbaycan tərəfi onlara öz üslubunda cavab verdi ki, biz də qazyerişi yeritməyi bacarırıq.