vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
15:17 | 16 oktyabr 2014 | Cümə axşamı Məqaləyə 3668 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Səhvini etiraf etmək böyüklükdür»

Leyla Yunus prezidentdən əfv diləyə bilər

Fatimə KƏRİMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Rəsul Cəfərovun prezidentə müraciət etməsi müsbət dəyərləndirilməlidir». Bunu AzVision.az-a açıqlamasında millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib. «Sadəcə müraciətdə etiraf olunmalıdır ki, mən müəyyən xətalara yol vermişəm, bunu etiraf edirəm, amma həbsdə qalmağım məqsədəuyğun deyil və s.».

Oxşar addımı Leyla Yunusun ata biləcəyinə gəlincə isə millət vəkili bunun da mümkün olduğunu qeyd edib.

«Səhvini etiraf etmək böyüklükdür. Qanunda da buna həmişə müsbət yanaşılıb. Kimliyindən asılı olmayaraq səhv edənin əks tərəfdən üzr istəməsi vacibdir. Ona görə də həbsdə olanların bu cür ərizələr yazmasını qınamaq olmaz. NİDA-çılar da müraciətlər ediblər, bunu da alqışlayıram. Amma bu müraciətlər səmimi olmalı, onlardan gələcəkdə istifadə etmək məqsədilə edilməməlidir. Leyla Yunus da insandır, ola bilər ağlı başına gələcək, o da müraciət ünvanlayacaq. Səhvlərini götür-qoy edib düşünəcək».