«Məni intriqalara çəkməsinlər»
Vüqar Bayramlı siyasi məhbus yalanlarını ifşa etdi
Zaur RƏSULZADƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Neft bahalaşdı, islahatlar dayandı» iddiasına reaksiya
Vüqar Bayramov: «Hökumət Neft Fondunun gəlirlərinin daha az xərclənməsinə çalışmalıdır»
-
«Dollardan birdəfəlik imtina mümkünsüzdür»
Ekspertlər İranın Azərbaycana çağırışını şərh etdi
-
... Nə qazandı, nə itirdi
Azərbaycan yay və qış vaxtına keçidi ləğv etməklə ...
-
Əsas məqsəd yeni bazarlara çıxmaqdır
Ekspertlər qeyri-neft ixracının daha da artacağını proqnozlaşdırırlar
-
Ərzaq niyə ucuzlaşmır?
Dollar bir aydır ucuzlaşıb, qiymətlərsə tərpənmir
-
«ABŞ puluna olan tələbat azalıb»
Dolların məzənnəsi aşağı düşməkdə davam edəcək
-
2017-ci ilin iqtisadi proqnozları
Vüqar Bayramov: «Azərbaycan öz ehtiyatları ilə post-neft dövründə prioritetlərini reallaşdıra biləcək»
-
«Yol xəritəsi»ndən gözləntilər
Ekspertlər sənədin postneft dövrü üçün strateji yanaşma ortaya qoyduğu qənaətindədirlər
-
«Çox təəssüfləndim»
İş adamlarının Bakı forumunun təxirə salınması iqtisadçı reaksiyası
-
«Bankların faiz dərəcəsi 5-6 dəfə artıqdır»
İlham Əliyevin kreditlərlə bağlı tapşırığı əhaliyə nə vəd edir...
-
«Benzin ucuzlaşmalıdır»
«Aİ 95 və Aİ 98 markalı yanacağın...»
-
Borc burulğanı
Azərbaycanda hər 4 nəfərdən birinin banka borcu var
-
Erməniləri neçə dəfə üstələyirik?
Azərbaycan orduya 8 faiz, Ermənistansa 20 faiz pul ayırır, amma hərbi büdcəmiz düşməndən azı 5 dəfə çoxdur
-
«Sevil massivi»ndən ev alanlara təhlükə
Ödənilən pullar bata bilər
-
2 milyona təmir olundu...
... indi sökürlər
-
Göyü sənədsiz dələnlər
Bakı sakinləri sahibi olduqları mənzillərin sənədlərinə sahiblənə bilmir
Yəqin xatırlayırsınız, bir müddət öncə Vətəndaş Cəmiyyəti Forumunun (VCF) «Şərq Tərəfdaşlığı» adlı təşkilatının saytında kimlər tərəfindənsə siyasi məhbus adlandırılan 100 nəfərin siyahısı verilmişdi. Düzdür, tezliklə həmin «siyasi məhbus» siyahısı bu saytdan silindi. Və nüfuzlu Avropa saytlarından biri beynəlxalq təşkilatların ona yapışdırmaq istədikləri bədnam siyasi məhbuslar məsələsi ilə heç vaxt razılaşmayan Azərbaycana bəlkə də ilk dəfə güzəştə getdi.
Bu məsələdə ən maraqlı məqam o oldu ki, siyahı saytdan yığışdırılan kimi, «Azadlıq» radiosunun müxbiri Xədicə İsmayılova və digər radikal müxalifətçilər sosial şəbəkələrdə təbliğat hücumuna başladılar. Və bu dəfə onların hədəfinə iqtisadçı-ekspert , İqtisadi və Sosial İnkişaf Mərkəzi İdarə Heyətinin sədri Vüqar Bayramlının rəhbərlik etdiyi təşkilat gəldi. Radikallar onu və təşkilatını, necə deyərlər, linç etməyə başladılar.
Virtualaz.org olaraq nələrin baş verdiyini aydınlaşdırmaq üçün tanınmış ekspertə, QHT rəhbərinin özünə müraciət etdik. V.Bayramlı cavabında bir çox maraqlı məqamlara aydınlıq gətirdi: « Bizim təşkilat öz fəaliyyətində həmişə ilk növbədə milli maraqlara əsaslanıb, ona görə də həmin siyahını görən kimi əlimizdən gələni etdik ki, o, saytdan mümkün qədər tez götürülsün. Yeri gəlmişkən, dərhal məlum oldu ki, həmin saxta siyahının müəllifləri Rəsul Cəfərli ilə Leyla Yunusdur. Jurnalist Xədicə İsmayılova isə onu əli çatan hər yerdə, xüsusən də saytlarda və sosial şəbəkələrdə, eyni zamanda xəbərləri olmadan bir sıra QHT-lərin saytlarında yaymaqla məşğul olur. Sonradan o bunu onunla izah etməyə çalışdı ki, guya siyahı 12 QHT nümayəndələri və hüquqşünaslardan ibarət İşçi Qrupla, eləcə də həbs olunmamışdan əvvəl Rəsul Cəfərli və Leyla Yunusla razılaşdırılıb.
Bizim sayta isə o, ümumiyyətlə aldatma yolu ilə düşüb. Belə ki, Forumun Brüsseldə olan katibliyi araşdırmadan və Forum rəhbərliyinin razılığı olmadan, həmçinin Azərbaycandan 51 QHT-nin daxil olduğu «Şərq Tərəfdaşlığı» Forumunun milli platformasına zidd olaraq onu özündə yerləşdirib. Bizim müraciətimizdən və verdiyimiz arayışdan dərhal sonra həmin material saytdan götürüldü. Başqa sözlə, biz onları başa saldıq ki, bu siyahı ilə heç də bütün QHT-lər razı deyil. Buna görə də onu Azərbaycanın bütün QHT-ləri tərəfindən təsdiq edilmiş ümumi siyahı kimi vermək yanlışdır.
Siyahının silinməsindən dərhal sonra Xədicə İsmayılova və digər radikallar tərəfindən mənə hücumlar, qarayaxmalar başladı. Üzümü onlara tutub demək istəyirəm ki, mən iqtisadçıyam və heç vaxt siyasətə qarışmamışam. Ona görə də məni ittiham edənlərdən xahiş edirəm ki, fəaliyyət sahəmin spesifikasını nəzərə alsınlar. Əgər kiminsə mənim iqtisadi layihələrim və ya baxışlarımla bağlı sualı varsa, onda polemikaya hazıram. Ancaq məni siyasi məsələlərə və intriqalara çəkməsinlər.
Onu da qeyd edim ki, Azərbaycanda vətəndaş cəmiyyəti sektoru son vaxtlar onsuz da çətin bir mərhələni yaşamaqdadır.
Məsələn, konkret olaraq bizim təşkilatın bank hesabları bloka alınıb-dondurulub, buna görə də proqramlarımızın reallaşması dayanıb. Məhz bu səbəbdən əməkdaşlarımıza əməkhaqqı verilməsində çətinliklər yaranıb.
Doğrudur, biz buna görə hələlik fəaliyyət istiqamətimizi dəyişmək istəmirik. Gözləyirik ki, Ədliyyə və Vergilər nazirlikləri nəhayət, bu məsələni araşdıracaq və ona aydınlıq gətirəcəklər.
Yeri gəlmişkən, biz qrantları yalnız o xarici təşkilatlardan alırıq ki, onlar sırf iqtisadiyyatla məşğul olurlar».