«Çox təəssüfləndim»
İş adamlarının Bakı forumunun təxirə salınması iqtisadçı reaksiyası
Gülşən RAUFQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Əliyevin mesajı...
Sülh sazişi olmasa, İrəvanı nələr gözləyir?
-
Xəritədən keçən YOL
Dünya Azərbaycanlılarının V Qurultayı haqqında düşüncələr
-
21 il əvvəl qoyulan xətt ...
“Zəfər Qurultayının böyük rəmzi mənası var”
-
Dünya azərbaycanlıları Şuşaya toplaşır
Azərbaycanın mədəniyyət paytaxtında 5-ci qurultay keçiriləcək
-
Ümumavropa Qarabağ mitinqi
Qitədə yaşayan azərbaycansevərlər Brüsselə gedəcək
-
Diaspor Komitəsində “generalniy uborka”
Yeni sədr 5 vəzifəlini işdən çıxardı, bir çoxunun ərizəsi aldı
-
Yeni sədrin ilk rəsmi qəbulu
Fuad Muradov-Aleksandr Mişenko görüşünün təşəbbüskarı Ukrayna səfiri olub
-
Fuad Muradov sürətli başladı
Dövlət Komitəsində yeni sayt və loqo yaradılır
-
“... Məni təəccübləndirdi”
Diaspor Komitəsinin yeni sədri: “Heç biriniz diqqətdən kənarda qalmayacaq”
-
Nazim İbrahimova cinayət işi açıla bilər
Keçmiş sədrin özünü 5 ildən 15 ilədək həbs gözləyir, əmlakını isə müsadirə ...
-
Bilet pulu davası
İbrahimovun baş tutmayan «iş adamları»nın forumuyla bağlı ilginc məqamlar
-
Ermənilərə abidə söhbəti
Sadəlövh hollandları «soyqırım» nağılına inandırdıqlarına görə...
-
Avropa Parlamenti qarşısında azərbaycanlıların mitinqi
«Xoca» filmi Brüsseldə nümayiş olunub
-
Bakıda keçirilməsi planlaşdırılan Dünya Azərbaycanlı İş Adamlarının I Forumu təxirə salınıb. Diasporla İş üzrə Dövlət Komitəsindən Forumunun təxirə salınmasına aydınlıq gətirilərkən bildirilib ki, müxtəlif ölkələrdə sahibkarlıq fəaliyyətilə məşğul olan soydaşlarımız tərəfindən toplantını proqramı, müzakirə olunacaq məsələlər, qəbul olunacaq sənədlərlə əlaqədar xeyli sayda ideya və təkliflər irəli sürülüb.
Təşkilat Komitəsi daxil olmuş müraciət və təklifləri diqqətlə araşdırıb və tədbirin daha geniş tərkibdə, həmçinin fərqli formatda keçirilməsini məqbul sayıb.
Modern.az Komitəyə Forumun təxirəsalınma səbəblərinə aydınlıq gətirilməsi üçün müraciət etsə də, ətraflı məlumat verilməyəcəyi açıqlanıb.
İqtisadçı Vüqar Bayramov Modern.az-a açıqlamasında Forumun təxirə salınmasının gözlənilməz olduğunu deyib.
«Forumun təxirə salınması xeyli gözlənilməz oldu. Eyni zamanda təxirə salındıqdan sonra nə vaxta təyin olunacağı da bəlli deyil.
Amma hazırda Forumun keçirilməsinə çox böyük ehtiyac vardı. Forumun keçirilməsində məqsəd Azərbaycanın investisiya imkanlarından istifadə etmək idi. Dünya Azərbaycanlı İş adamlarını bir araya toplamaq, ölkənin investisiya potensialını təqdim etmək və Azərbaycana investisiya qoyuluşlarına təşviq etmək əsas məqsədlərdəndir.
Bu baxımdan investisiyanın cəlb edilməsi Azərbaycan üçün olduqca aktualdır.
Məhz buna görə də Forumun keçirilməsi vacib idi».
İqtisadçı Forumun baş tutmamasına Azərbaycan adına təəssüfləndiyini deyib:
«Hazırda Azərbaycanın xarici investisiya və qeyri-neft sektorunun inkişafına ehtiyacı var. Bu, birbaşa hansı dərəcədə və nə qədər xarici investisiyanın cəlb edilməsindən asılı olacaq. Ölkəmizin sərmayə qoyuluşu imkanları olan və xaricdə yaşayan kifayət qədər iş adamları var. Onların prosesə cəlb edilməsi olduqca vacib idi. Amma təəssüf ki, Forum baş tutmadı.
Səbəbin nə olduğunu demək çox çətindir. Səbəblər rəsmi açıqlamalardan bildiyimiz qədərdir. Əgər səbəblər texniki baxımdan hazırlığın başa çatmaması ilə bağlıdırsa, o zaman demək olar ki, Forum keçiriləcək, sadəcə tarix bəlli deyil. Bütün hallarda, təxirəsalınma səbəbindən asılı olmayaraq, inanmaq istərdim ki, belə bir Forum sadəcə texniki məsələlərdən təxirə salınıb və yaxın gələcəkdə keçiriləcək».
Qeyd edək ki, Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun oktyabrın 28-də Bakıda keçirilməsi planlaşdırılmışdı. Forumda xarici ölkələrdə yaşayan 300 nəfərə yaxın azərbaycanlı iş adamı və diaspor rəhbərinin iştirakı nəzərdə tutulmuşdu.