vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
DİASPOR  
15:25 | 22 aprel 2022 | Cümə Məqaləyə 1110 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

21 il əvvəl qoyulan xətt ...

“Zəfər Qurultayının böyük rəmzi mənası var”

MÖVZU İLƏ ƏLAQƏLİ

“2001-ci ildə keçirilmiş ilk qurultay qarşımıza böyük strateji xətt qoyub. Bu gün Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı möhtərəm Prezidentin tapşırığı və iştirakı ilə keçirilir. Bu da hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu qurultayın Şuşa şəhərində keçirilməsinin böyük rəmzi mənası var”.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Diaspor TV”yə açıqlamasında deyib.

“Ulu Öndər birinci qurultay zamanı bildirmişdi ki, gün gələcək biz qurultayımızı işğaldan azad olunmuş şəhərlərdə keçirəcəyik. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsində bizim diaspor fəallarımız yaşadığı ölkələrdə çox aktiv fəaliyyət göstəriblər. Azərbaycan diasporunun daha da sıx birləşməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan və digər ölkələrlə əlaqələrin qurulması çox vacibdir. Qarşımıza yeni tapşırıqlar qoyuldu, düşünürük ki, aparılan müzakirələr yeni yol xəritəsinin cızılmasında mühüm əhəmiyyət kəsb edəcək.

Bu gün beynəlxalq ictimaiyyət, informasiya məkanı heç də ədalətli prizmadan çıxış etmir. Azərbaycan həqiqətlərinin boğulması, dünya ictimaiyyətinə çıxmasının qarşısını alma halları ilə qarşılaşırıq. Buna baxmayaraq, Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin dünyanın aparıcı medialarına çatdırılmasının şahidi olduq. Azərbaycan diasporunun həqiqətləri çatdırmaqda böyük işlər görməsi təqdirəlayiqdir. Amma hələ də qarşımızda duran məqsədlər var, onun üçün çalışmalıyıq”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Qeyd edək ki, bu gün Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı işə başlayıb.