“... Məni təəccübləndirdi”
Diaspor Komitəsinin yeni sədri: “Heç biriniz diqqətdən kənarda qalmayacaq”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Diaspor Komitəsində “generalniy uborka”
Yeni sədr 5 vəzifəlini işdən çıxardı, bir çoxunun ərizəsi aldı
-
Yeni sədrin ilk rəsmi qəbulu
Fuad Muradov-Aleksandr Mişenko görüşünün təşəbbüskarı Ukrayna səfiri olub
-
Fuad Muradov sürətli başladı
Dövlət Komitəsində yeni sayt və loqo yaradılır
-
Nazim İbrahimova cinayət işi açıla bilər
Keçmiş sədrin özünü 5 ildən 15 ilədək həbs gözləyir, əmlakını isə müsadirə ...
-
«Qiymət qalxdısa, enməsi çətin olur»
Millət vəkili: «Büdcəni yox, ona münasibəti tənqid etmişəm»
-
Azərbaycanla Aİ arasında viza rejimi ləğv ediləcəkmi?
Millət vəkilləri hesab edir ki, strateji tərəfdaşlıq sazişi bundan daha əhəmiyyətli məsələdir
-
«Bu addım «Qarabağa qayıdırıq» mesajıdır»
Fuad Muradov: «Bunun alternativi yoxdur»
-
«Həqiqəti deyəcəm»
Millət vəkili yaşlı nəslə eyham vurdu
-
«Onda mən də nurçuyam»
««Erməni» və ya «KQBşnik» dəbdən düşüb»
-
Millət vəkillərinin Gülən üzü
Və ya nurçu deputat ovu
-
“Əziz dostlar və xaricdə yaşayan həmvətənlərimiz! Bu yüksək etimada görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Mənə ünvanladığınız çoxsaylı təbrik məktubları, mesajları və zənglərə görə hər birinizə minnətdaram. Dünyanın hər bir tərəfindən aldığım təbriklərin sayı sözün yaxşı mənasında məni təəccübləndirdi”.
Vaxt.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov özünün “Facebook” səhifəsində yazıb.
Komitə sədri xaricdə yaşayan azərbaycanlılara da müraciət edib: “Mən əminəm ki, sizin hər birinizin ürəyi doğma vətənə sevgi ilə döyünür. Xaricdə yaşayan həmvətənlərimiz ilə birlikdə dövlətimizin inkişafı, milli maraqlarımızın müdafiəsi və soydaşlarımızın dəstəklənməsi istiqamətində səmərəli əməkdaşlığa və əməli nəticələrin əldə olunacağına inanıram. Əmin olun ki, sizin heç biriniz diqqətdən kənarda qalmayacaq. Bir daha hər birinizə təşəkkür edirəm”.